Alternative content

03:04 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
Türkiyəli hüquqşünas: Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi beynəlxalq hüquqa təhdiddir
ANA SƏHİFƏ / SİYASƏT
15:51 17.02.2020

Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətinə sübut etdi ki, Ermənistan tərəfi beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Artıq heç kimə sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfinin mövqeyi beynəlxalq hüquqa təhdiddir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin nəticəsini şərh edən Türkiyənin Hacettepe Universitetinin beynəlxalq hüquq üzrə müəllimi, hüquq elmləri doktoru Bahadır Bumin Özarslan söyləyib.

Siyasət və hüququn ziddiyyətli fikirləri heç zaman qəbul etmədiyini vurğulayan B.Özarslan deyib: "Ermənistanın baş naziri iddia edir ki, guya Dağlıq Qarabağ Ermənistan ordusu tərəfindən deyil, bölgədəki erməni silahlı birləşmələri tərəfindən zəbt olunub. Elədirsə, o zaman uzun illərdən bəri Ermənistan rəhbərliyi bu müzakirələrdə niyə iştirak edib? Azərbaycan hələ çox-çox əvvəl bəyan etmişdi ki, Azərbaycan tərəfi Dağlıq Qarabağa ən yüksək muxtar idarəetmə statusu verməyə hazırdır. Əgər işğalçı Ermənistan tərəfi deyilsə, o zaman bir tərəfə çəkilsinlər. Azərbaycan tərəfi öz vətəndaşı olan Dağlıq Qarabağ erməniləri ilə məsələni həll edib sülh şəraitində yaşasınlar. İkinci, əgər Ermənistan işğalçı deyilsə, onda nə üçün baş nazirin oğlu bu bölgədə hərbi xidmət keçir? Təkcə bu iki fakt Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etdiyini təsdiq edir. Bu münaqişədən doğan bütün faciə və fəsadların, eləcə də hər an baş verə biləcək risklərin məsuliyyətini beynəlxalq hüquq qarşısında Ermənistan daşıyır”.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladan hüquqşünas diqqətə çatdırıb ki, bu qərar Azərbaycanın Laçın rayonundan zorla qovulmuş altı Azərbaycan vətəndaşı tərəfindən 2005-ci il aprelin 6-da Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistan Respublikasına qarşı qaldırılmış iddia müraciətinə əsaslanır. Mahiyyət etibarilə, məhkəməyə iddia müraciəti irəli sürən şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunun işğalının davam etdirilməsi ilə əlaqədar Laçın rayonunda öz evlərinə qayıtmaqdan məhrum edilib və beləliklə, onlar orada yerləşən mülkiyyətlərindən istifadə edə bilməyiblər. Ermənistan tərəfi unutmamalıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin sözügedən qərarı mənəvi baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasını itirən bütün azərbaycanlıların hüquqlarına aid olan məsələdir.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM