17 Fevral 2020 15:47
475
SİYASƏT
A- A+

Ekspert: Münxendə keçirilən diskussiya Ermənistan tarixində qara gün oldu


Ötən şənbə günü Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında debatlar Ermənistan tarixində qara gün oldu. Bu barədə AZƏRTAC-a Macarıstanın Dunayvaroş Universitetinin tədqiqatçısı Oleksandr Boyko bildirib.

Ukraynada dünyaya gələn və böyüyən, bu səbəbdən keçmiş SSRİ-də baş verən proseslərə heç də biganə olmayan ekspert postsovet məkanında liderlərin və digər nümayəndələrin çıxışlarını diqqətlə izləyir. Boyko Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş paneli konfransın ən maraqlı hadisəsi adlandırıb. O deyib: "Açıq-aşkardır ki, bu paneldə müzakirə daha gərgin keçdi. Tərəflər problemlə bağlı və onun həlli üzrə öz fikirlərini ifadə etdilər. Azərbaycan liderinin çıxışında çoxillik təcrübə özünü göstərirdi. Bunu öz inqilabları haqqında (sülh və ya qeyri-sülh, mikro yaxud makro) dünyaya car çəkən erməni baş nazir haqqında söyləmək mümkün deyil. Onun fikirləri müzakirə olunan mövzuya aid deyildi. Bu, kimə maraqlı idi ki? Hiss olunurdu ki, Paşinyan bu cür yüksək beynəlxalq podiumlara çıxmağa hazır deyil.

Çar Tiqranın və ya Paşinyanın bəhs etdiyi digər sülalələrin dövrünün münaqişənin həllinə nə dərəcədə dəxli olduğu məsələsinə toxunan Boyko bu fikirlərin tamamilə yersiz olduğunu vurğulayıb.

Həmsöhbətimiz əlavə edib: "Ümumiyyətlə deməliyəm ki, bu cür uzaq zamanlara ekskursiyalar sırf diletantların işidir. Çünki onlar deməyə söz tapmırlar və beynəlxalq hüquq çərçivəsində söhbət apara bilmirlər. Adətən, bu cür söhbətləri parkda oturan təqaüdçülər, taksi sürücüləri, tumsatanlar aparırlar. Mən Ukraynanın Çerkassk vilayətində yaşadığım zaman bunun şahidi olmuşam. Həmin uzaq zamanlara müraciət edən erməni baş nazir də onlardan birinə bənzəyir. Halbuki, söhbəti mövzu ətrafında, məsələnin mahiyyəti üzrə, kənara çıxmadan və auditoriyanı bu cür şübhəli ekskursiyalarla məftun etməyə çalışmadan aparmaq lazımdır. Paşinyanın bir mövzudan digərinə, müasir dövrdən qədim vaxtlara amplituda sıçrayışları onunla yekunlaşdı ki, baş nazir çox danışmasına rəğmən ciddi heç bir şey söyləmədi və bununla da Azərbaycan Prezidentinə dəqiq arqumentli zərbələr endirmək imkanı verdi. Bu səbəbdən Paşinyanın Münxendəki çıxışı Ermənistan üçün müsbət heç bir şey gətirmədi. Bu, onun tarixində qara gün oldu”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video