17 Fevral 2020 15:45
462
CƏMİYYƏT
A- A+

Klaus Junior: Dünyada ən çox nümunə göstərilən multikulturalizm modeli Azərbaycandadır


Mən araşdırmaçı kimi bir çox ölkələrin multikultralizm modeli haqqında məlumatlarla tanış olmuşam. Bu istiqamətdə araşdırmalarımı davam etdirdikcə Azərbaycan haqqında xeyli maraqlı məlumatlara rast gəldim. Gördüm ki, dünyada ən çox nümunə göstərilən multikultralizm modeli Azərbaycandadır. Bu səbəbdən də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinə qoşulma qərarına gəldim.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsinin Braziliyadan olan iştirakçısı Klaus Junior söyləyib.

Klaus Junior bildirib ki, Azərbaycanda olmaq layihə iştirakçılarına bu sahədə böyük təcrübə qazandıracaq.

"Bütün dünyada Azərbaycanın multikultralizm modeli öyrənilir. Qış Məktəbi çərçivəsində çox maraqlı mühazirələr dinləyirik. Azərbaycanın mədəniyyəti, ənənələri, burada yaşayan xalqlar haqqında öyrənirik. Mən gələcəkdə Braziliyadan olan dostlarımı bu layihədə iştirak etməyə dəvət edəcəyəm”, - deyə Klaus Junior söyləyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video