Alternative content

22:49 05 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
17:57 05.04.2020 Bilirsənsə güclüsən
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”
“The USA Tribune”: Münxendə söz dueli və onun qalib “revolveri”
ANA SƏHİFƏ / SİYASƏT
15:44 17.02.2020

ABŞ-ın "The USA Tribune” qəzetində siyasi icmalçı Robert Qorovitsin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin müzakirələrinə həsr olunmuş "Münxendə söz dueli və onun qalib "revolveri” sərlövhəli məqaləsi dərc olunub.

Müəllif yazır ki, tarix dərsliklərindən və Avropa ədəbiyyatından qarşı tərəflərin öz şərəf və ləyaqətini qorumaq məqsədilə keçirilən silahlı qarşıdurma – duellərin zəruriliyi hamıya məlumdur. Bir ekspozisiya forması kimi duel bir çox mədəniyyətlərdə, o cümlədən Amerika qitəsinin Vəhşi Qərbində də öz yerini tapıb. Müasir dünyada duel beynəlxalq münasibətlərdə təzahür edir, hərçənd özünü silahlı deyil, söz mübadiləsi formasında göstərir. Bu isə daha güclü bir amildir.

Söz dueli üçün müasir dünyada ən yaxşı meydan BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası, Davos forumu, Münxen konfransı və ölkələrin liderlərinin öz mövqelərini və üstünlüklərini nümayiş etdirdikləri digər platformalardır. Münxen Təhlükəsizlik Konfransı son 60 ildə mütəmadi keçirilən beynəlxalq təhlükəsizlik siyasəti üzrə tədbirdir.

Bu il fevralın 14-16-da keçirilən Təhlükəsizlik Konfransı keçmiş Sovet İttifaqından olan icmalçılar üçün maraqlı oldu. Belə ki, təhlükəsizlik məsələləri, ələlxüsus postsovet məkanında uzun sürən münaqişələr diqqət mərkəzində idi. Konfransın kuluarlarında baş verən mühüm hadisələrdən biri də "Dağlıq Qarabağ münaqişəsinin həllində inkişaf” diskussiyası oldu. Ermənistan və Azərbaycanın liderləri Cənubi Qafqazda 30 ildir davam edən münaqişəni müzakirə etmək üçün səhnəyə çıxdılar.

Müəllif qeyd edir ki, iki ölkənin liderləri auditoriyaya Qarabağın tarixinə dair öz versiyalarını təqdim etdilər. O vurğulayır: "Erməni lider nala-mıxa döyürdü, artıq tükənmiş arqumentləri təkrar edirdi, ermənilərin guya Cənubi Qafqazın yerli sakinləri və Qarabağın tarixən Ermənistanın bir hissəsi olduğunu söyləyirdi”.

Paşinyanın əsas arqumenti ondan ibarətdir ki, guya Dağlıq Qarabağ ilkin olaraq Qafqaz Bürosu tərəfindən 1921-ci ildə Ermənistana verilib, lakin bu qərar İosif Stalin tərəfindən Azərbaycanın xeyrinə ləğv edilib. Erməni lider iddia edir ki, guya Stalin Lenin və Atatürklə Qarabağın Azərbaycana verilməsi ilə bağlı sövdələşib. Müəllif vurğulayır ki, etnik ermənilərin çoxluq təşkil etdiyi Qafqaz Bürosunda həqiqətən Dağlıq Qarabağı əvvəlcə Ermənistana vermək istəyiblər, lakin bu ərazinin Ermənistandan daha çox Azərbaycana bağlı olduğunu nəzərə alaraq, 1921-ci il iyulun 5-də həmin qərar ləğv edilib. Faktiki olaraq, qərarın mətnində Qarabağ və Azərbaycana münasibətdə "saxlanılsın” sözü işlənilir: "Müsəlmanlar və ermənilər arasında sülhün zəruriliyini və dağlıq və aran Qarabağ arasında iqtisadi əlaqələri nəzərə alaraq, Dağlıq Qarabağ Azərbaycan SSR-in tərkibində saxlanılsın, ona muxtar vilayətin tərkibinə daxil edilən Şuşa şəhəri paytaxt olmaqla geniş vilayət muxtariyyəti verilsin”. Bu, o deməkdir ki, Qarabağ artıq Azərbaycanın bir hissəsi idi və Qafqaz Bürosu sadəcə onu Ermənistana verməyərək, Azərbaycanın hüdudları daxilində saxlamağa qərar verib.

Qorovits sonra qeyd edir ki, Paşinyan heç bir anlayışı olmadığı beynəlxalq hüquq barəsində mülahizələr yürütməyə başladı. Erməni lider bəyan etdi ki, əgər Azərbaycan Sovet İttifaqının ərazi bütövlüyünə hörmət etsəydi, o, müstəqil dövlət olmazdı. Əgər Azərbaycan bunu edibsə, onda Dağlıq Qarabağın öz müqəddəratını həll etməsinə də hörmətlə yanaşmalıdır, çünki erməni liderin fikrincə, Dağlıq Qarabağ erməniləri azərbaycanlıların da istifadə etdikləri hüququ həyata keçiriblər - SSRİ ilə vidalaşıblar. Lakin siyasi icmalçının vurğuladığına görə, erməni baş nazirin beynəlxalq hüquq sahəsində bilikləri o qədər azdır ki, o, Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkib hissəsi olduğunu və sovet Konstitusiyasına əsasən respublikanın tərkibindən çıxmaq, Dağlıq Qarabağın müstəqil və ya Ermənistanın tərkibində olması üçün hər bir addımın istər Azərbaycan SSR, istərsə də SSRİ Konstitusiyasına uyğun şəkildə həyata keçirilməsinin zəruriliyini başa düşmür. Lakin bu, baş vermədi. Belə ki, SSRİ və Azərbaycan SSR-in qanunverici orqanları Dağlıq Qarabağın Ermənistana verilməsini rədd etdilər.

Müəllif sonra yazır ki, Paşinyan BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə dörd qətnaməsini müzakirə edərkən uğursuz seçim edib. Erməni lider iddia edib ki, guya BMT TŞ dərhal və qeyd-şərtsiz atəşkəs rejiminin tətbiqini tələb edib, belə ki, Azərbaycan bu qaydaları pozub və ərazilərini itirib. Əslində isə, İlham Əliyevin də qeyd etdiyi kimi, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü dayandırmasını və öz qoşunlarını işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını, həmçinin bütün məcburi köçkünlərin öz torpaqlarına qayıtmasına şərait yaradılmasını tələb edib. Prezident Əliyev beynəlxalq ictimaiyyəti, xüsusən ATƏT-in Minsk qrupunu Ermənistana özünün qeyri-konstruktiv mövqeyindən imtina etmək üçün təzyiqi gücləndirməyə çağırıb.

Məqalədə o da qeyd olunur ki, Paşinyan işğal olunmuş Dağlıq Qarabağ ərazisində Ermənistanın yaratdığı oyuncaq rejimin danışıqlarda iştirakını arzuladığını bildirib. O, özünün bu təklifini hətta "mikroinqilab” adlandıraraq, onu auditoriyaya hansısa yenilik kimi təqdim edib. Əslində, erməni separatçılarını danışıqlar masası arxasına oturtmaq Ermənistanın son 20 ildə ardıcıl olaraq göstərdiyi səylərdir. Lakin Azərbaycan üçtərəfli formatı sadəcə ona görə rədd edir ki, bu formatın özü münaqişənin iki əsas tərəfinin (Ermənistan və Azərbaycan) formuluna söykənir və burada iki maraqlı tərəf - Dağlıq Qarabağın erməni və azərbaycanlı icması var. Qeyd olunur ki, rəsmi Yerevan tərəfindən Xankəndidə (Stepanakert) qurulmuş erməni hərbi rejiminin heç bir legitimliyi yoxdur, çünki onlar müharibə vaxtı Qarabağın azərbaycanlı icmasına qarşı etnik təmizləmə həyata keçiriblər.

Müəllif yazır ki, Paşinyan özü də bunu dərk etmədən təsdiq etdi ki, Ermənistanın hərbi qulluqçuları Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edirlər. O, açıq şəkildə bəyan etdi ki, oğlu Dağlıq Qarabağda hərbi xidmətdədir və bununla da erməni təbliğatının Qarabağ ermənilərinin "özünümüdafiə ordusu” ilə təhlükəsizliklərini təmin etdikləri barədə iddiaları ifşa edib.

Məqalənin sonunda Qorovits yazır: "Söz dueli Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi "yaralar” və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə aldı”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM