17 Fevral 2020 13:35
505
SİYASƏT
A- A+

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Yaponiya mətbuatının da diqqətindədir


Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda keçirilən panel müzakirələr Yaponiya mətbuatının da diqqətindədir.

AZƏRTAC xəbər verir ki, Yaponiyanın əsas aparıcı kütləvi informasiya vasitələri, o cümlədən nüfuzlu Kyodo agentliyi, "Nikkey” qəzeti, "47news”, "Chunichi”, "Shikiku”, "Okinavatimes”, "Nishinippon”, "Tokyo”, "Kyoto” kimi xəbər portalları Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin ilk dəfə keçirilən bu debatına xüsusi diqqət ayırıblar.

Məqalələrdə qeyd edilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi mövzusunu Almaniyanın Münxen şəhərində keçirilən konfrans çərçivəsində ictimaiyyət qarşısında ilk dəfə müzakirə ediblər.

Bildirilir ki, Azərbaycana məxsus olan Dağlıq Qarabağ faktiki olaraq Ermənistanın nəzarəti altındadır. Debat zamanı Prezident İlham Əliyevin Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla bildirməsi xüsusi vurğulanır. Qeyd edilir ki, münaqişənin mərhələli həllini təklif edən Azərbaycan lideri yalnız bundan sonra münasibətlərin normal hal ala biləcəyini diqqətə çatdırıb.

Prezident İlham Əliyevin Ermənistan baş nazirinin Dağlıq Qarabağ ermənilərinin danışıqlarda tərəf kimi iştirak etməsi barədə təklifinin heç bir hüquqi və tarixi əsasının olmadığını bildirməsi də məqalələrdə əksini tapıb.

Yazılarda Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tarixinə də nəzər salınır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video