Alternative content

01:02 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ölkəmizin su ehtiyatlarının azlığı onun qənaətlə istifadəsini zəruri edir
Ölkəmizin su ehtiyatlarının azlığı onun qənaətlə istifadəsini zəruri edir
ANA SƏHİFƏ / CƏMİYYƏT
13:34 17.02.2020

Su ehtiyatlarının azalması bütün dünya miqyasında getdikcə narahatlıq doğurur. Ölkəmizin ekoloq və mütəxəssisləri də bu sahədə "həyəcan təbili” çalır və istər kənd təsərrüfatında, istərsə də məişətdə sudan qənaətlə istifadə etməyi məsləhət görürlər.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov Azərbaycanın su ehtiyatlarının mənbəyi barədə məlumat verərək deyib: "Azərbaycan su ehtiyatları ilə zəif təmin olunan ölkələr sırasına daxildir. Respublikamızın su ehtiyatları cəmi 31 kubkilometrdir. Bunun təqribən 21 min kubkilometri qonşu ölkələrdə, 10 kubkilometri isə ölkə daxilində formalaşır. Respublikamız əsasən subtropik iqlim qurşağında yerləşdiyinə görə su ehtiyatları ilə təbii şəraitə uyğun olaraq az təmin olunub. Azərbaycanın su ehtiyatlarına ilk növbədə çay, göl, su anbarları, kanallar, buzlaqlar daxildir və çaylar başlıca olaraq həmin yerüstü mənbələr hesabına qidalanır. Ölkəmizin ərazisində 8400-ə qədər çay var. Lakin onlardan yalnız 21-nin uzunluğu 100 kilometrdən artıqdır, 7900-dən çox çayın uzunluğu isə 10 kilometrdən azdır.
Ölkəmizin ərazisində 6-6,5 kvadratkilometr daimi buzlaqlar var: "Həmin buzlaqların 3,6 kvadratkilometri Bazardüzü zirvəsində, 1,1 kvadratkilometri Şahdağda, 1 kvadratkilometri Tufandağda, 0,5 kvadratkilometri Bazaryurdda, 0,15 kvadratkilometri Qapıcıq zirvəsində yerləşir. Həmin buzlaqlar çayların qidalanmasının əsas mənbəyidir və onların sahəsi getdikcə azalır. Onların üzərində dəqiq ölçü işləri aparılmalıdır. Qar yağandan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi ekspedisiya qrupu onun qalınlığı, sululuğu və sıxlığını ölçərək su ehtiyatları ilə əlaqədar müəyyən proqnozlar verir. Qobustan-Abşeron regionundakı çaylar orta dağlıq zonadan başlayır, yağış suları ilə qidalanır və yayda quruyur. Böyük Qafqazın şimal-şərq yamacından Şahdağın ətəyindən axmağa başlayan Vəlvələçay, Qudyalçay, Atacay, Qusarçay və digər çaylar isə qar və buzlaq suyu ilə qidalanır və ilboyu su axınına malik olur”.

Məhərrəm Həsənov daha sonra əlavə edib: "Su ehtiyatlarının azalmasının səbəbi ona olan tələbatın çoxalmasıdır, əhalinin sayının artımı nəticəsində əlavə ərazilər kənd təsərrüfatı dövriyyəsinə daxil edilir və həmin ərazilərin su ehtiyatlarından istifadə etməsi azalmaya səbəb olur. İqlim amilləri də burada ən əsas rol oynayır. Həmin dəyişikliklər həm dünyada, həm də ölkəmizdə özünü göstərir. Temperaturun yüksəlməsi, atmosfer yağıntılarının azalması və buxarlanmanın çoxalması iqlim dəyişikliyinə və nəticədə su ehtiyatlarının azalmasına aparıb çıxarır.

Azərbaycanın ərazisinin 60 faizindən çoxu quraq əraziləridir. Həmin ərazilər də əsas əkinçilik zonasını təşkil edir. Kür-Araz ovalığı, Qarabağ, Mil, Şirvan, cənub-şərqi Şirvan düzü, Gəncə-Qazax düzündə əkilən bitkiləri vegetasiya dövründə bir neçə dəfə suvarmaq lazımdır. Suyun azalmasının bir səbəbi də həmin əkinlərin suvarılması ilə bağlıdır”.

Alim hesab edir ki, istər əkin sahələrinin suvarılmasında, istərsə məişətdə sudan son dərəcə qənaətlə istifadə edilməli, israfçılığa yol verilməməliridr. "Elə etmək lazımdır ki, gələcək nəsillər də heç olmasa bizim qədər sudan istifadə etmək imkanına malik olsunlar”, - deyə mütəxəssis fikrinə yekun vurub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM