16 Fevral 2020 23:47
790
SİYASƏT
A- A+

Prezident İlham Əliyev Qarabağla bağlı tezislərini ən güclü və ən aydın şəkildə ifadə etdi


Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı əsaslı tezislərini ən güclü və ən aydın şəkildə ifadə etdi.

Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində İstanbulun Aydın Universitetinin professoru, tarixçi-ekspert Halil Bal deyib.

Ermənistanın baş naziri Nikol Paşinyanın hələ də Qarabağın tarixi erməni torpaqları olması xülyasına inandığını deyən ekspert bildirib ki, bütün bunlar Ermənistanın hökumət başçısının tarixdən xəbərsiz olduğunu göstərir: "Nikol Paşinyan bir də Xocalı soyqırımında Azərbaycanı günahlandırdı və bunu mənşəyi bəlli olmayan qəzet nömrəsindəki yazı ilə əsaslandıraraq ermənilərin bu soyqırımında iştirakını inkar edir. Lakin Azərbaycanın bu məsələdə haqlı olduğunu ən düzgün şəkildə ifadə edən Prezident İlham Əliyev, Qarabağ, eləcə də ətraf bölgələrdəki Azərbaycan ərazilərinə dair erməni iddialarının əsassız olduğunu ortaya qoydu”.

Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini yerinə yetirməməklə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini heçə saydığını deyən H.Bal söyləyib ki, bu günədək ermənilərin işğal siyasəti və onlar tərəfindən törədilən cinayətlərə dünya ictimaiyyəti hələ də göz yummaqdadır.
"Düşünürəm ki, bu qərarlara məhəl qoymayan Ermənistana beynəlxalq miqyasda təsirli sanksiyalar tətbiq olunmalıdır. Atəşkəs rejiminin qüvvəyə mindiyi gündən indiyədək Azərbaycan tərəfinin sərgilədiyi mövqe - sülh yolu ilə münaqişəni həll etmək istəyi hələ də nəticə verməyib. Ermənistan Azərbaycan ərazisindəki işğalını beynəlxalq hüquqa zidd olaraq davam etdirir. Lakin, Ermənistan bu bölgədə varlığını davam etdirmək istəyirsə əvvəlcə qonşularının sərhədlərinə və ərazi bütövlüyünə hörmət etməlidir. Qarabağ probleminin Azərbaycanın maraqları daxilində həlli bölgədəki sülh və əmin-amanlığı da bərpa edəcək”, - deyə H.Bal qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video