Alternative content

16:00 04 Iyun 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiyalı politoloq: Paşinyan Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi
Rusiyalı politoloq: Paşinyan Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi
ANA SƏHİFƏ / SİYASƏT
23:45 16.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ haqqında faktları şərh edərkən həqiqi sənədlərə istinad edir, hazırda yaranmış vəziyyətin tarixi qaynaqlarını açır, halbuki Nikol Paşinyan heç bir dəlillə əsaslandırılmamış miflərin və ağ yalanın köməyi ilə cavab verməyə çalışırdı. Çünki aydın məsələdir ki, onun sözlərini təsdiq edəcək heç bir sübut yoxdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri "Vestnik Kavkaza” Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş panel müzakirələri şərh edərkən söyləyib.

O qeyd edib ki, Paşinyan artıq neçənci dəfədir, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun onun özünün artıq uzun illərdir təkzib etdiyi yanlış sitatına istinad edir.
"Yeri gəlmişkən, A.Mütəllibov bir gün əvvəl birbaşa Ermənistanın baş nazirinə müraciət edərək tələb edib ki, bu biabırçı yalanı onun adına yazmasınlar. Söhbət əsnasında iş o yerə gəlib çatıb ki, moderator və dinləyicilər açıq-aşkar Paşinyanı ələ salmağa başlayıblar. Xüsusən də Tiqranın zamanında Cənubi Qafqazda iki millətin – ermənilərin və ermənilərin olması barədə zarafat yaxşı idi”, - deyə ekspert vurğulayıb.

İlham Əliyevin opponentindən üstünlüyünün aşkar olduğunu qeyd edən A.Petrov daha sonra deyib: "Nəticədə müzakirələr açıq-aşkar İlham Əliyevin diplomatik qələbəsi ilə başa çatdı, Paşinyan isə Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM