Alternative content

11:17 01 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İbrahim Öztek: Prezident İlham Əliyevin qarşısında Nikol Paşinyanın yeganə sığınacaq yeri uydurduğu yalanları oldu
İbrahim Öztek: Prezident İlham Əliyevin qarşısında Nikol Paşinyanın yeganə sığınacaq yeri uydurduğu yalanları oldu
ANA SƏHİFƏ / SİYASƏT
20:53 16.02.2020

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr Ermənistanın hökumət başçısını olduqca pis duruma saldı. Bir daha dünyanın gözü qarşısında Azərbaycanın haqlı tərəf olduğu göründü və sübut olundu.

Bu sözləri AZƏRTAC-ın müxbirinə açıqlamasında Anadolu Aydınlar Ocağının rəhbəri, professor İbrahim Öztek deyib.

O deyib: "İşğalçı Ermənistan tərəfindən Dağlıq Qarabağ, eləcə də Xocalı və Azərbaycanın digər bölgələrində soyqırımların törədildiyi dünya miqyasında öz təsdiqini tapmışkən Ermənistan liderinin yeganə sığınacaq yeri özləri tərəfindən uydurulan yalanlardır. Məhz bu səbəbdən Nikol Paşinyanın İlham Əliyevin qarşısına çıxması cəsarətdir. N.Paşinyanın tarixdən xəbəri belə olmayan biri kimi tarixi təhrif etməyə çalışması, hətta Qarabağın Azərbaycan torpağı hesab edilməsində Stalin, Lenin və Atatürkü günahlandırması ağılsızlıqdan başqa bir şey deyil. Qarabağ əsirlər boyu bir türk yurdu olub. O bölgədəki tarixi abidələrə, heykəllərə, qəbirlərə və qayaların üstündəki yazılara baxdıqda Qarabağın hər guşəsinin türk əsərləri ilə dolu olduğunu görməmək mümkün deyil. Hələ 1813 və 1828-ci illərdən əvvəlki tarixə nəzər salındıqda bugünkü Ermənistan dövlətinin olduğu ərazidə yaşayan ermənilərin, ümumi əhalinin 5-7 faizini təşkil etdiyini görmək olar, əhalinin qalan hissəsini isə türklər təşkil edib. Anadoludan və İrandan bu coğrafiyaya köç edən ermənilərlə burada Ermənistan yaradıldı. Ermənilər tərəfindən də ad olaraq istifadə olunan Qarabağ və ya bölgənin paytaxtı Xankəndi əsl türk adlarıdır. Bu bölgələrin erməni dilində adları yoxdur. Ermənilərin Qarabağa sahib olmaq üçün heç bir əsaslı səbəbləri və sübutları da yoxdur”.
ƏTRAFLI
hunergroup.az

Ermənistanın dərhal Azərbaycanın tarixi bölgəsi olan Qarabağdan çıxmasının vacibliyini vurğulayan İ.Öztek bildirib: "Hazırda aparılan danışıqlar Ermənistanın xeyrinədir. Belə ki, bir neçə il əvvəl baş vermiş Aprel döyüşləri Azərbaycanın sahib olduğu ordunun gücünü və Azərbaycan gənclərinin öz liderlərinin bir sözü ilə doğma torpaqlarını geri qaytarmaq gücünə sahib olduğunu dünyaya nümayiş etdirdi”.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM