Alternative content

06:03 08 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub
ANA SƏHİFƏ / İDMAN
17:41 16.02.2020

Fevralın 16-da Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə dünya kuboku yarışlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, mötəbər turnirin sonuncu günündə təsnifat yarışlarında uğurlar çıxış edən gimnastlar medallar uğrunda mübarizə aparıblar.

Əvvəlcə qadın və kişi batutçuların fərdi yarışlarında qaliblərin adına aydınlıq gəlib. Qadınların yarışında ilk iki yeri Çin idmançıları tutublar. Belə ki, Xueyinq Cu 55,810 xalla qızıl medal qazanıb. Komanda yoldaşı Linqlinq Liu isə 54,945 xalla ikinci olub. İlk üçlüyü 54,585 xalla Kanada təmsilçisi Samanta Smit tamamlayıb. Kişilərin mübarizəsində "Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, çinli Qao Ley birinci olub. Final mərhələsində çıxışına görə, hakimlərdən 61,585 xal alan Q.Ley bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il Yaponiyada təşkil olunan dünya çempionatının mükafatçısı, belaruslu İvan Litvinoviç 61,360 xalla gümüş medala sahib olub. Digər çinli idmançı, "London-2012” Yay Olimpiya Oyunlarının qalibi Dun Dun isə 60,260 xalla yarışı üçüncü pillədə başa vurub.

Sonra kişi və qadın tamblinqçilər öz aralarında ən güclüləri müəyyənləşdiriblər. ABŞ idmançısı Kaden Braun 75,400 xalla kişilər arasında dünya kuboku yarışlarının qalibi olub. Avstraliyalı Etan Makquinness 73,600 xalla yarışı ikinci, Rusiya təmsilçisi Aleksandr Lisitsin isə 72,700 xalla üçüncü pillədə başa vurub. Azərbaycan idmançısı Fərid Mustafayev isə 57,600 xalla böyüklər arasında ilk dəfə çıxış etdiyi yarışda səkkizinci pillədə qərarlaşıb. Qadın idmançıların yarışında isə ilk iki yeri Rusiya təmsilçiləri tutublar.

Dünya çempionu Viktoriya Danilenko 66,600 xalla birinci, İrina Siliçeva isə 64,800 xalla ikinci olub. ABŞ gimnastı Tia Teylor isə 64,300 xalla bürünc medal qazanıb.

Dünya kubokuna batut gimnastikası üzrə kişi və qadın sinxron cütlüklərin final yarışı ilə yekun vurulub. Yana Lebedeva və İrina Kundiusdan ibarət Rusiya komandası 48,530 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı qadın batutçular Marina Kyiko və Svetlana Malkovadan ibarət cütlük 48,430 xalla gümüş medala sahib olub. ABŞ-ı təmsil edən Nikola Eşinger və Cessika Stevens 48,010 xalla yarışı üçüncü pillədə başa vurublar. Kişi batutçuların yarışında Belarusu təmsil edən "Rio-2016” Yay Olimpiya Oyunlarının çempionu Vladislav Qançarov və Oleq Ryabtsev 52,720 xalla qızıl medala sahib olublar. Piyer Guzu və Mikael Vivianidən ibarət Fransa komandası 51,310 xalla yarışda ikinci pillədə qərarlaşıb. İlk üçlüyü qazaxıstanlı batutçular Pirməmməd Əliyev və Daniel Mussabayev 50,780 xalla tamamlayıblar. Belaruslu batutçu V.Qançarov 2015-ci ildə Bakıda təşkil olunan birinci Avropa Oyunlarında həm fərdi, həmdə sinxron proqramda gümüş medal qazanıb. Gimnast ötən il Minskdə keçirilən ikinci Avropa Oyunlarının fərdi yarışlarında isə qalib gəlib.

Sonra turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi "AGF Trophy” kuboku təqdim olunub. Kişi və qadın batutçuların fərdi yarışlarında belaruslu V.Qançarov və çinli Xueyinq Cu, tamblinqdə isə ABŞ təmsilçisi Hop Bravo və Rusiya gimnastı Maksim Riabikov fərqləniblər.

"Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışda 30 ölkədən 150 gimnast birincilik uğrunda mübarizə aparıb.

Xatırladaq ki, ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə dünya kuboku da Olimpiadaya təsnifat xarakteri daşıyırdı. 2018-ci ildə isə paytaxtımız 26 ölkənin iştirakı ilə gimnastikanın bu növü üzrə ilk dəfə Avropa çempionatına ev sahibliyi edib. Gələn il Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı keçiriləcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM