16 Fevral 2020 14:30
617
SİYASƏT
A- A+

Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Münxendə Paşinyanı çətin vəziyyətə salmasından yazır


Türkiyənin aparıcı kütləvi informasiya vasitələri (KİV) tərəfindən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı paneldə keçirilən müzakirələr geniş işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, Anadolu Agentliyi, "Milliyet” və "Sabah” qəzetləri, "NTV” televiziya kanalı və digər nüfuzlu KİV-lərin rəsmi saytlarında yer alan məlumatlarda dövlətimizin başçısının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı N.Paşinyanı fakt qarşısında qoyan fikir və mülahizələri türkdilli oxuculara çatdırılıb.

Prezident İlham Əliyevin "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”, -fikri məlumatlarda əksini tapıb. Həmçinin KİV Prezident İlham Əliyevin sadaladığı təcavüzkar Ermənistanın işğalçılıq siyasətini ifşa edən digər faktlardan - Azərbaycan ərazisinin iyirmi faizinin işğalda saxlanılması, bir milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşməsi, Xocalı soyqırımı və s. bəhs edib.

Türkiyə KİV-ləri Paşinyanın Prezident İlham Əliyev qarşısında çətin vəziyyətdə qaldığını qeyd edir.

Məlumatlarda, həmçinin Ermənistan baş nazirinin ziddiyyətli, bir-birini təkzib edən ifadələrinə də yer verilib. Bura, baş nazirin işğal olunmuş ərazilərimizdə Ermənistanın yox, Dağlıq Qarabağ ordusunun mövcud olması, lakin onun oğlunun bu bölgədə hərbi xidmət keçməsi barədə fikirləri də daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video