Alternative content

12:48 01 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistanın faşist mahiyyəti dəyişməyir
Ermənistanın faşist mahiyyəti dəyişməyir
ANA SƏHİFƏ / SİYASƏT
06:39 16.02.2020


1721-ci ilin noyabrında I Pyotrun fərmanı ilə Türkiyədən, İrandan və digər ölkələrdən köçürülərək Cənubi Qafqazda, o cümlədən qədim İrəvan şəhərində (4,4 min kvadratkilometr ərazidə) məskunlaşan gəlmə ermənilər onlara yaşamağa ərazi, yeməyə çörək verən şəhərin yerli azərbaycanlı əhalisini zaman-zaman soyqırımı və deportasiya yolu ilə dədə-baba yurdlarından didərgin salaraq bütövlükdə Azərbaycan torpaqlarına "sahib” çıxmışlar.

Ermənilərin nadanlığı dünyanın tərəqqipərvər insanlarının xalq düşməni, satqın və insan cəlladı kimi tanıdığı Qaregin Njdenin (Ter-Arutyunyan) şərəfinə ucaldılan heykəldən də bəlli oldu. Ermənistanda hələ ötən əsrin əvvəllərindən faşizm təbliğatı dövlət səviyyəsində aparılır. Faşizmə canla-başla qulluq göstərmiş erməni əsilli şəxslərin adına İrəvanda küçələr verilir, kitablar çap olunur, sikkələr buraxılır, filmlər çəkilir və s. O sıradan Ermənistan hakimiyyəti tərəfindən Yerevanın mərkəzində Qaregin Njdenin (Ter-Arutyunyan) abidəsi ucaldılıb. Bu abidənin qoyulması ilə ermənilər bir daha sübut etdilər ki, onlara edilən yaxşılığın və bəşəri dəyərlərin əhəmiyyəti yoxdur. Erməni xislətini dünyaya bir daha tanıdan Ermənistan rəhbərliyinin müasir dünyaya "erməni dövlət xadimi” və ya "milli qəhrəman” kimi sırımaq istədiyi faşizm sevdalısı Qaregin Njde kimdir?

Türk xalqının qanına susamış, "bir gün belə türklərə qarşı mübarizəsiz keçməməlidir” deyən Qaregin Njde 1886-cı ildə İrəvan quberniyasında anadan olub. Ağlı kəsəndən daşnaklarla əlbir olaraq yerli türk ailələrinə qarşı terror və qətllərlə məşğul olub. Əvvəlcə yaşadığı və ona yaxın ərazilərdə türklərə divan tutub, törətdiyi cinayətlər saysız-hesabsız olub. O, 22 yaşında silah alveri üstündə Qafqazda həbs edilib və üç il həbsxanada yatıb. Azadlığa buraxılandan sonra Andronikdən geri qalmayan bu qatil qəddarcasına yerli müsəlmanlara qarşı terror fəaliyyətini gücləndirib. Xüsusən 1918-1920-ci illərdə Zəngəzurda, Göyçədə qırğınlar həyata keçirib azərbaycanlıların kütləvi surətdə öldürülməsində və azərbaycanlı əhalinin bu bölgələrdən terror və qətliamlar gücünə çıxarılmasında böyük "xidmətlər” göstərib. Törətdiyi cinayətlərə görə mühakimə ediləcəyini biləndə Njde İrana qaçıb, bir müddət Təbrizdə yaşayıb, 1922-ci ildə Sofiyaya gedib. Türklərin əleyhinə ilk yazılarını burada nəşr etdirməyə başlayıb. Həmin dövrdə və sonrakı illərdə Njde daşnaklar tərəfindən buraxılan "Hayastan” (Plovdiv), "Araks” (Sofiya), "Azatamat” (Paris) kimi qəzet və jurnallarda fəal çıxışlar edir. Bütün yazılarının yeganə hədəfi türklər və Türkiyə, məqsəd isə dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdə türklərə və Türkiyəyə, Azərbaycana qarşı patoloji nifrət aşılamaq olub. Balkan müharibəsində Türkiyəyə qarşı vuruşan 273 nəfərlik erməni korpusunun komandiri olub. Quldur daşnak Dronun müavini kimi Birinci Dünya müharibəsində Türkiyəyə qarşı vuruşub. Daşnak ordu birləşmələrindən birinə başçılıq edərək Zəngəzurda kütləvi qırğınlar törədib, qondarma "Dağlıq Erməni Respublikası”nı qurub və özünü "ali baş komandan” elan edib. Bu qurum məhv edilənə qədər Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı türklərə qarşı qətliamlar törədib.

İkinci Dünya müharibəsində "Erməni milli şurasının” tərkibinə daxil olaraq sovetlərə qarşı vuruşub. Xüsusi təlimlər keçərək Bakı neft mədənlərini yandırmaq üçün təxribatlar törədib, sovet qoşunlarının 6 min döyüş təyyarəsinin benzinlə, 10 minlərlə tank və gəmilərini dizel yanacağı ilə təmin edilməsinə qarşı terrorçuluq fəaliyyətləri göstərib. Bütün Rusiyaya şok yaşadan, ermənilərin "qəhrəman” səviyyəsinə qaldırdığı, lakin özünün ideoloji baxışı və əməlləri ilə bəşəriyyətin düşməni olan nasist Qaregin Njde barədə Rusiyanın "EurAsia Daily” nəşri yazır ki, 1941-ci ildə almanlar SSRİ-yə hücum edəndə nasistlərlə sıx əməkdaşlığa birinci qoşulan Njde və "Daşnaksütyun”un büro üzvü Dro (Drastamat Konayan) olmuşdur. Fəaliyyətinin ilk illərindən SSRİ-yə düşmən kəsilən Qaregin sovet ordusuna qarşı mübarizədə "erməni legionu”nun yaradılmasında iştirak edib. 1942-ci ildə Q.Njde almanların yaratdığı "Erməni Milli Şurası”nın 7 üzvündən biri olmuşdur. Onun başçılıq etdiyi erməni hərbi birləşmələri Krım və Qafqaz uğrunda gedən döyüşlərdə sovet ordusuna qarşı fəallıqla iştirak etmişdir. Minlərlə sovet əsgərinin ölümünə bais olan bu satqını Rusiyanın ovaxtkı əks-kəşfiyyat xidməti "sovet sisteminin barışmaz düşməni” ittihamı ilə 10 mart 1948-ci ildə 25 illik həbs cəzasına məhkum etmişdir.

Tərəqqipərvər insanlar tərəfindən Ermənistanın indiki hakimiyyətindən faşizmə dəstək simvolu olan Q.Njdenin İrəvanda ucaldılmış heykəlinin dağıdılması tələb edilsə də, baş nazir Paşinyan buna əməl etmək istəmir. Əksinə, İkinci Dünya müharibəsinin memarı sayılan Adolf Hitlerlə əməkdaşlıq etmiş cinayətkara haqq qazandırmağa çalışır. "İşğalçı rejimin başbilənlərinin Q.Njde barədə səsləndirdikləri son bəyanatlar bir daha təsdiqləyir ki, Ermənistan hakimiyyətinin millətçi baxışlarında hər hansı bir dəyişiklik yoxdur. 100 il öncənin ermənisi necə düşünürdüsə, bu günün ermənisi də elə düşünür”. Bu reallığı ölkə rəhbəri İlham Əliyev də Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki çıxışında Ermənistan baş naziri Nikol Paşinyanın Q.Njdeni Nobel mükafatı lauretı A.Soljenitsinlə müqayisə etməsinə münasibət bildirərkən belə ifadə etmişdi: "Bu adam Soljenitsini və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir”.

N.Paşinyanın tarixi savadsızlığını Ermənistanda da etiraf edirlər. Məsələn, Ermənistanın Zham.am saytı yazır ki, faktiki olaraq bizim çoxdan bildiyimiz, ancaq bunun xaricdə bilinməyəcəyinə ümid etdiyimiz Paşinyanın tarixi savadsızlığını ifşa etmək Azərbaycana müəssər oldu. Saytda yazılır ki, Azərbaycanda Paşinyanın yerli-yersiz danışmaqdan xoşlandığını və tarixdən bixəbər olduğunu bilirlər. "Buna görə də onlar Paşinyanı bu müzakirəyə cəlb etməyə və onun savadsızlığının dərinliyini faktiki olaraq göstərməyə müvəffəq oldular. Həqiqətən də Molotovun Njde ilə müqayisəsini ancaq dərin məlumata malik olmayan şəxs edə bilər. Soljenitsinlə müqayisə isə azərbaycanlılar üçün əsl hədiyyə oldu. Ona görə ki, bu, ruslar üçün həssas məqamlardan biridir. Ruslar belə savadsız müqayisəni görən zaman bu gün Ermənistanı hansı adam tipinin idarə etdiyini anlayırlar” qeyd edən Zham.am bunun nə vaxtadək davam edəcəyinin çətin olduğunu da diqqətə çatdırır. Bununla belə, məqalədə o da vurğulanır ki, Ermənistan cəmiyyətinin müəyyən hissəsi avamlığı üzündən anlamır ki, ermənilər necə bir təhlükə ilə üz-üzədirlər.

Göründüyü kimi, meydan adamlarının təzyiqi və dəstəyi ilə hakimiyyət başına keçən N.Paşinyanın hətta öz tarixlərini bilməməsi və gülünc müqayisələrə yol verməsi ermənilər tərəfindən də rişxəndlə qarşılanır və bunu Ermənistan üçün böyük təhlükə sayırlar.

Rəhman SALMANLI,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM