15 Fevral 2020 16:54
654
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var


Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik sistemində vacib əhəmiyyət daşıyan və mühüm rola malik olan bir tədbirdir. Bu konfransda qlobal təhlükəsizliklə bağlı mühüm məsələlər müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir. Dövlətimizin başçısı fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etdi. Tədbirdə dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, "OPEC+” formatında iştirakı, eləcə də Cənub Qaz Dəhlizi ətrafındakı məsələlər barədə fikirlərini bölüşdü.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafikinin olduğunu bildirib. Qeyd edib ki, fevralın 14-də yerli vaxtla saat 7.30-da başlayan iş qrafiki axşam saat 20.00 radələrində başa çatıb. Həmin gün dövlətimizin başçısı 13-14 saatdan artıq vaxt müddətində işləməli oldu. Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirdi. Dövlətimizin başçısı, ilk növbədə, Azərbaycana tərəfdaş ölkələrin – Qazaxıstan, Moldova və Əfqanıstanın prezidentləri ilə görüşdü və gündəlikdə duran ikitərəfli münasibətlər müzakirə edildi. Həmçinin Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşlər keçirildi. Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşdə soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistanın girovluğundan azad olunaraq Azərbaycana qaytarılması məsələsini xüsusilə qeyd etdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda "hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

Prezidentin köməkçisi Almaniyanın biznes ictimaiyyətinin ölkəmizdə aparılan hərtərəfli islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə böyük marağının olduğunu və bu nöqteyi-nəzərdən səmərəli və faydalı müzakirələr aparıldığını bildirib. Qeyd edib ki, keçirilən görüşlərdə Prezident İlham Əliyevin ölkədə apardığı islahatlar çox yüksək qiymətləndirilir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, həmçinin görüşlərdə Azərbaycanda 9 fevral parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi, xalqın iradəsini əks etdirməsi münasibətilə dövlətimizin başçına təbriklər çatdırıldı. Bundan başqa, müzakirələr əsnasında Azərbaycanın beynəlxalq münasibətlərdə, eləcə də enerji layihələrində etibarlı tərəfdaş olduğu vurğulandı və bu etibarlılığın qazanılmasında şəxsən Prezident İlham Əliyevin rolu xüsusi qeyd olundu.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video