15 Fevral 2020 16:52
501
SİYASƏT
A- A+

MSK: 77 saylı Astara Seçki Dairəsindən daxil olan şikayətlər təmin edilməyib


Mərkəzi Seçki Komissiyasının fevralın 15-də keçirilən iclasında 77 saylı Astara seçki dairəsindən namizəd olan Rəşad Həsənov və digər namizədlərin şikayətlərinə baxılıb.

AZƏRTAC xəbər verir ki, məsələ barədə danışan MSK-nın üzvü Validə Kazımova bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək, onların hamısına baxıb.

"Araşdırma prosesində iddia edilən qanun pozuntuları öz təsdiqini tapmayıb və şikayət nəticəyə təsir etməyib. Beləliklə, MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib”, - deyə V.Kazımova bildirib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video