Alternative content

23:34 10 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Macarıstanda azərbaycanlı tələbələrlə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
16:39 15.02.2020

Azərbaycanla Macarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 7-ci iclasında iştirak etmək üçün Budapeştdə səfərdə olan Komissiyanın Azərbaycan tərəfindən həmsədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səfər çərçivəsində Macarıstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, S.Babayev Prezident İlham Əliyevin gənclərlə bağlı siyasətində yetişməkdə olan nəslin qayğı ilə əhatə olunmasının, onların hərtərəfli inkişafına, faydalı məşğulluğuna, ölkənin ictimai-siyasi həyatında iştirakına şərait yaradılmasının əsas prioritetlərdən olduğunu vurğulayıb.

O, hər il orta hesabla 80-100 min gəncin əmək bazarına daxil olduğu ölkəmizdə həyata keçirilən aktiv məşğulluq proqramları, bu proqramların ildən-ilə genişləndirilməsi üçün atılan mühüm addımları qeyd edib. Nazir bildirib ki, 2000-ci ildən etibarən dövlət xətti ilə xarici ölkələrin ali təhsil müəssisələrində 11 min 900-dən çox Azərbaycan gənc təhsil alıb. Xüsusilə, dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramı çərçivəsində gənclərimiz xarici ölkələrdə, dünyanın nüfuzlu təhsil ocaqlarında təhsil almaq üçün geniş imkanlar əldə ediblər. Hazırda 500 gənc də Macarıstanda ali təhsil alır.

Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi islahatlar barədə məlumat verən S.Babayev qeyd edib ki, ölkəmizin bütün sahələrdə inkişafında gənclərə xüsusi önəm verilir. Onlar bütün istiqamətlərdə islahatlarda aparıcı qüvvə kimi çıxış edirlər. Xüsusilə də sosial-iqtisadi idarəetmə sistemlərinin tam müasirləşdirilməsi proseslərində müasir biliklərə yiyələnmiş gənclərin fəal iştirakına şərait yaradılıb. Xaricdə təhsilini yüksək səviyyədə başa vuraraq ölkəmizə qayıdan, müasir elmi-texnoloji biliklərə malik gənc kadrların da aparılan islahatlara cəlb edilməsi diqqətdə saxlanır.

Nazir eyni zamanda, dövlət xətti ilə xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulunun müsabiqədən kənar həyata keçirildiyini bildirib.

Görüşdə S.Babayev gəncləri maraqlandıran sualları cavablandırıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM