15 Fevral 2020 16:37
473
SİYASƏT
A- A+

İndoneziya saytı Azərbaycanda parlament seçkilərini müşahidə etmiş jurnalistin məqaləsini yayıb


İndoneziyanın sindonews.com saytı Azərbaycanda fevralın 9-da keçirilmiş parlament seçkiləri barədə jurnalist Mohamad Antoninin məqaləsini yayıb.

"İndoneziyalı müşahidəçilər Azərbaycanda seçkilərin gedişini izləyiblər” adlı məqalədə əvvəlcə ölkəmiz barədə ümumi məlumat verilib. Onun 1991-ci ildə keçmiş SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etdiyi qeyd edilib.

Parlament seçkilərində 125 yer uğrunda 1314 namizədin mübarizə apardığı indoneziyalı oxucuların diqqətinə çatdırılıb. Qeyd edilib ki, İndoneziyadan xüsusi olaraq dəvət edilmiş müşahidəçilər – bir deputat və iki jurnalist Bakı şəhərindəki seçki məntəqələrində seçkilərin gedişini izləyiblər. Onlarla birlikdə yüzlərlə əcnəbi və yerli müşahidəçilərin, jurnalistlərin seçkiləri izlədiyi də məqalədə öz əksini tapıb.

Məqalədə seçkiöncəsi kampaniya dövründən fərqli olaraq səsvermə günü hər yerdən namizədlərin fotolarının və plakatların yığışdırıldığı bildirilib. Qeyd edilib ki, seçki məntəqələri yerləşən məktəblərdə və digər ictimai binalarda səsvermə üçün müvafiq şərait yaradılıb.

Daxil olduqları ilk seçki məntəqəsində Ermənistan tərəfindən işğal edilmiş ərazilərdən olan qaçqın və məcburi köçkünlərlə qarşılaşdıqlarını qeyd edən indoneziyalı jurnalist bu insanların müvəqqəti yaşayış yerlərində səsverməsi üçün lazım olan şəraitin yaradıldığını bildirib. Onları müşahidə edən Murad adlı azərbaycanlı gəncin valideynlərinin də işğal altındakı ərazilərdən olduğunu oxucuların diqqətinə çatdırıb. Əlavə olaraq bildirib ki, Murad hazırda Avstraliyanın Sidney şəhərində təhsil alır.

İndoneziyalı oxuculara seçki məntəqəsindəki proses barədə məlumat verən jurnalist qeyd edib ki, seçicilər tam sərbəst şəkildə namizədlərin adlarının əks edildiyi vərəqələri götürərək, xüsusi köşklərdə istədikləri namizədin qarşısında işarə qoyaraq onu şəffaf qutulara atırdılar. Bu zaman məntəqə nümayəndəsi onların baş barmağına xüsusi maye püskürür ki, bu da həmin şəxsin təkrar səsverməsinin qarşısını almaq məqsədilə edilir.

Məqalədə müşahidə qrupunun olduğu digər seçki məntəqələrindəki vəziyyət barədə də ətraflı məlumatlar öz əksini tapıb. Hər bir seçki məntəqəsində komissiya üzvləri ilə yanaşı, müşahidəçilərin, namizədlərin vəkillərinin olması barədə məlumat verilib.

Həm seçki günü, həm də seçkiöncəsi vəziyyət barədə məlumat verən jurnalist qeyd edib ki, gənc nəsil bu seçkilərə xüsusi həvəslə qatılıb. Namizədlərin 90 faizinin 40 yaşadək gənclərdən, beşdə birinin isə qadınlardan ibarət olması ölkədə aparılan islahatların mühüm tərkib hissəsi kimi qəbul edilir. Məqsəd ölkədə aparılan islahatların daha da dərinləşdirilməsi və istedadlı, peşəkar gənclər üçün yolun açılmasıdır.

Seçkilərdə Yeni Azərbaycan Partiyasının qalib gəldiyi qeyd edilib.

Vurğulanıb ki, Prezident İlham Əliyev gənclərin qüvvəsindən istifadə edərək Azərbaycanda aparılan islahatları daha da sürətləndirir və dərinləşdirir.

Məqalədə Azərbaycanın müstəqil xarici siyasət yeritdiyi xüsusi qeyd edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video