Alternative content

05:50 31 Mart 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
Müdafiə naziri: Qoşunlarda təlim və məşqlər real döyüş şəraitinə uyğun keçirilməlidir
ANA SƏHİFƏ / SİYASƏT
16:33 15.02.2020

Fevralın 15-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, birlik komandirləri, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev iştirak edib.

Ölkəmizin dinamik sosial-iqtisadi inkişafının ordu quruculuğu sahəsinə göstərdiyi müsbət təsirindən danışan general-polkovnik Məhərrəm Əliyev Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu mühüm vəzifələrin uğurla icrasını, aparılan genişmiqyaslı hərbi islahatlar nəticəsində ölkəmizin müdafiə qüdrətinin, Azərbaycan Ordusunun beynəlxalq aləmdə nüfuzunun artmasını, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial şəraitinin yaxşılaşdırılmasını xüsusi qeyd edərək dövlət səviyyəsində bu istiqamətdə işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdıraraq, yeni tədris dövründə qarşıda duran məsələlərin tam həcmdə yerinə yetirilməsi ilə bağlı müvafiq göstərişlər verib.

Cəbhədəki əməliyyat şəraitini təhlil edən general-polkovnik Z.Həsənov müdafiənin ön xəttində vizual və xüsusi texniki vasitələrdən istifadə etməklə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, onun ehtimal olunan təxribatlarının qarşısının dərhal alınması, bölmələrimizin şəxsi heyətinin sayıqlığının artırılması və təhlükəsizliyinin təmin edilməsi, həmçinin çətin relyefli ərazilərdə, xüsusilə yüksək dağlıq bölgələrdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki ehtiyatlarla fasiləsiz təmin olunması ilə bağlı tapşırıqlar verib.

Müdafiə naziri qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı, intensiv radioelektron mübarizə şəraitində keçirilməsi ilə əlaqədar tövsiyələrini verib.

Döyüş hazırlığı və hərbi təhsil məsələlərinə toxunan Müdafiə naziri hərbi təhsil sistemi və peşəkar hərbi kadrların hazırlanmasında qabaqcıl təcrübə və yeniliklərin tətbiqi, döyüş təminatını müəyyən edən vəzifələrin daha təcrübəli hərbi qulluqçularla komplektləşdirilməsi, döyüş və səfərbərlik hazırlığının yüksəldilməsinin vacibliyini xüsusi qeyd edib.

Azərbaycan Ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətini yüksək qiymətləndirən Müdafiə naziri ideoloji işin gücləndirilməsi, hüquq qaydaları və hərbi intizamın, hərbi qulluqçular və onların ailə üzvlərinin sosial müdafiəsinin, şəxsi heyətin tibbi nəzarətinin möhkəmləndirilməsi, həmçinin müvafiq dövlət qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini də diqqətə çatdırıb.

Müşavirənin sonunda Müdafiə naziri rəhbər heyətə xidməti və döyüş fəaliyyəti ilə bağlı bir sıra tapşırıqlar verib.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM