Alternative content

02:47 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fransız senator: Ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər
Fransız senator: Ermənilər azərbaycanlılara qarşı soyqırımı törədiblər
ANA SƏHİFƏ / SİYASƏT
21:13 14.02.2020
 

Fransanın "L’Hebdo Bourseplus” jurnalında bu ölkənin Luar-Atlantik departamentinin senatoru və Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komitəsinin vitse-prezidenti Joel Geryo ilə müsahibə dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə fransız senator Azərbaycanda müşahidə etdiyi parlament seçkilərindən söz açıb, Fransanın Qafqaz ölkələri ilə münasibətinin vacibliyinə toxunub.

Əvvəllər Ermənistanla bağlı hesabat hazırladığını bildirən senator məhz bu hesabatın onu iki ölkə arasındakı münasibətlərdəki çətinlikləri müəyyən etməyə istiqamətləndirdiyini bildirib: "Bu hesabatdan sonra Fransadakı Azərbaycan səfiri ilə əlaqə yaratdım və o, məndən onu dinləməyimi xahiş etdi. Səfiri dinlədikdən sonra iki ölkə arasındakı münasibətlərin mürəkkəbliyinin nə qədər dərin olduğunu anladım. Azərbaycana getməklə bağlı təklifi parlament seçkiləri dövründə qəbul etdim. Bu səfər Azərbaycanın demokratik sistemini yaxından tanımaqla bağlı istəyimə uyğun idi”.

J.Geryo Azərbaycanın Fransa üçün strateji əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, təbii sərvətlərlə zəngin olan Azərbaycana sərmayə yatırmağın əhəmiyyətinə toxunaraq, fransız şirkətlərini ölkəmizə dəvət edib.

Fransız senator 1990-cı illərdə Azərbaycanın çox çətin vəziyyətdə olduğunu xatırladaraq, qısa müddət ərzində nail olduğu iqtisadi inkişafı vurğulayıb, Bakının Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Alov qüllələri kimi müasir memarlıq abidələrindən danışıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Fransanın roluna toxunan senator bildirib ki, Fransa həmsədr ölkə kimi hər iki tərəfə eyni münasibət göstərməli və münaqişənin həllində fəal olmalıdır.

Senator azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qaldığına toxunaraq, Bakıda soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldıldığını vurğulayıb. Bildirib ki, iki ölkə arasındakı münaqişədən danışanda təkcə Dağlıq Qarabağ regionunun deyil, işğal altında olan digər rayonların da adı çəkilməlidir.

Müsahibədə Şarl dö Qolun Bakıya səfərindən də bəhs olunub.

 

AZƏRTAC


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM