09:16 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Eliso Bedoşvili: Milli Gimnastika Arenası möhtəşəmdir
ANA SƏHİFƏ / İDMAN
21:05 14.02.2020
 

Milli Gimnastika Arenası möhtəşəmdir, burada idmançı və məşqçilərin arzuladığı hər cür şərait var.

AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan bədii gimnastika üzrə Gürcüstan milli komandasının böyük məşqçisi Eliso Bedoşvili deyib.

Bildirib ki, məqsədimiz Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaqdır:

"Azərbaycan Gimnastika Federasiyası (AGF) bizi dəvət edib və builki ilk yarışımıza hazırlaşmağa imkan yaradıb. Biz Moskvada keçirilən Qran-Pri yarışı, eləcə də dünya kubokunun lisenziya xarakterli yarışlarına hazırlaşırıq. AGF bizi hər zaman dəstəkləyir, kömək edir və məşqlər üçün ən yaxşı şəraiti yaradır”.

E.Bedoşvili qeyd edib ki, Bakıya təlim-məşq toplanışına yalnız Salome Pajava gəlib, onun Olimpiya Oyunlarına vəsiqə qazanmaq şansı böyükdür: "Ona görə də gimnastımızın ən yaxşı şəraitdə məşq etməsi və qarşıdakı yarışlara hazırlaşması vacibdir. AGF-də çox mehriban kollektiv işləyir, onlar bizim proqramımızda çatışmazlıqları göstərirlər. Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva kompozisiyalarda hər bir detala diqqət verir. Bizim üçün yaxşı mütəxəssislərin fikri çox vacibdir”.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM