14 Fevral 2020 21:04
965
Təhsil
A- A+

“SABAH” IV karyera qış məktəbi başa çatıb

 

"SABAH” Karyera Akademiyası çərçivəsində Şamaxıda "SABAH” IV karyera qış məktəbinin təlimləri başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, "SABAH” qruplarının dördüncü kursunda təhsil alan 76 tələbənin iştirakı ilə keçirilən təlimlər işədüzəlmə, akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edib.

Qış məktəbində, həmçinin "Karyerada dəyişikliklərin idarə olunması”, "Startap qurum, yoxsa iş axtarım?”, "Alimliyə gedən yol”, "Layihələrin idarə olunması”, "Öz brendini yarat”, "Effektiv təqdimat bacarıqları”, "Biznesin qurulması üçün alternativ maliyyə mənbələri” mövzusunda təlimlər, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran "Emosional intellekt”, "Əmək qanunvericiliyi” mövzusunda seminarlar təşkil edilib.

Karyera qış məktəbi çərçivəsində ali təhsil müəssisələrində "SABAH” mərkəzinin əməkdaşlarının peşəkar inkişafına dəstək məqsədilə "Data vizuallaşdırılması və infoqrafika”, "Yeni universitet identikliyi”, "Yeni tədris proqramlarının hazırlanması” və "Tvininq layihəsi” mövzularında da seminarlar olub.

Sonda təlimçilərə təşəkkürnamə, iştirakçılara isə sertifikatlar verilib.

Bu il də bir sıra tərəfdaş şirkətlər ("Azercell”, "Kapital Bank”, "Rabitəbank”, "GoldenPay” və s.) və fərdi təlimçilər qış məktəbinin təşkilinə yaxından dəstək göstəriblər.

"SABAH” Karyera Akademiyası məzun olmağa hazırlaşan "SABAH” tələbələrinin gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Xatırladaq ki, "SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2 min 400-dən çox tələbəni əhatə edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video