Alternative content

02:28 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Antarktikada temperatur ilk dəfə olaraq müsbət 20 dərəcə Selsidən yuxarı qalxıb
Antarktikada temperatur ilk dəfə olaraq müsbət 20 dərəcə Selsidən yuxarı qalxıb
ANA SƏHİFƏ / CƏMİYYƏT
20:51 14.02.2020
 

Braziliyalı meteoroloqlar bildirirlər ki, Antarktidanın şimal ucunda yerləşən Simor adasında havanın temperaturu müsbət 20,75 dərəcə Selsiyə çatıb. Antarktikada belə yüksək temperatur tarixdə ilk dəfədir müşahidə olunub.

AZƏRTAC bu barədə BBC-yə istinadla xəbər verir.

Lakin braziliyalı alim Karlos Şeferin sözlərinə görə, fevralın 9-da müşahidə edilən bu göstərici nadir xarakter daşıyır və uzunmüddətli ölçmələr seriyasının bir hissəsi deyil. Bu səbəbdən də onu iqlim dəyişmələrində amillərin proqnozlaşdırılması zamanı istifadə etmək olmaz.

"Bu, sadəcə göstəricilərdən biridir və həmin rayonda nə isə qeyri-adi hadisənin baş verməsi barədə siqnaldır”, - deyə meteoroloq bəyan edib.

Antarktida qitəsində ötən həftə də rekord səviyyədə yüksək temperatur müəyyən edilib – Antarktika yarımadasında temperatur müsbət 18,3 Selsiyədək qalxıb.

Dünya Meteorologiya Təşkilatının göstəricilərinə görə, son 50 ildə Antarktikada orta temperatur təxminən 3 dərəcə Selsi artıb. Antarktidanın qərb ucundakı buzlaqların təqribən 87 faizi qitənin dərinliyinə geri çəkiliblər.

Dünya Meteorologiya Təşkilatı hesab edir ki, son 12 il ərzində buzlaqların sahəsinin azalma sürəti qlobal istiləşmənin təsiri altında artıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM