14 Fevral 2020 20:38
1026
İDMAN
A- A+

Gürcüstan gimnastı: Bakıda özümü evdəki kimi hiss edirəm

 

Milli Gimnastika Arenasında yaradılan məşq imkanına görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) minnətdarlığımı bildirirəm.
 

AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında iştirak edən gürcüstanlı bədii gimnast Salome Pajava deyib.

O, Bakıda özünü rahat hiss etdiyini bildirib: "Bakıda özümü evdəki kimi hiss edirəm. Tezliklə yeni mövsüm başlayır. Gələn həftə Moskva Qran-Prisi keçiriləcək. Azərbaycanda mənə bu və digər yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün gözəl imkan yaradılıb. Məni qarşıda 2020-ci il Olimpiya Oyunları üçün lisenziya xarakteri daşıyan yarışlar gözləyir. Ona görə də mənə bu cür gözəl şərait yaratdığı üçün AGF-yə təşəkkür edirəm”.

S.Pajava Azərbaycan gimnastlarının yüksək hazırlıq səviyyəsini də qeyd edib: "Biz azərbaycanlı gimnastlarla tez-tez qarşılaşırıq, onlar ciddi rəqiblərdir. Mən qızları ötən il dünya çempionatında uğurlu çıxışları münasibətilə təbrik edirəm”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video