14 Fevral 2020 17:07
826
DÜNYA
A- A+

Dünya əhalisinin üçdə ikisi koronavirusa yoluxa bilər

Hadisələrin əlverişsiz inkişafı nəticəsində dünya əhalisinin üçdə ikisi yeni tipli koronavirusa yoluxa bilər. Bu barədə Dünya Səhiyyə Təşkilatı (DST) yanında müşavir Ayru Loncini məlumat vermişdir.

Loncininin dediyinə görə, Çin hökumətinin həyata keçirdiyi karantin tədbirləri virusun yayılmasını dayandıra bilər, lakin bu addım virus Çinin müxtəlif regionlarına və digər ölkələrə yayıldıqdan sonra atılmışdır. O bildirmişdir ki, adi şəraitdə koronavirusa yoluxmuş hər bir xəstə 2-3 nəfəri yoluxdura bilər. Ekspertin hesablamalarına görə, bu göstərici iki dəfə azaldılsa belə, Yer əhalisinin üçdə bir hissəsi xəstəliyə yoluxacaq.

Xatırladaq ki, bundan əvvəl DST koronavirusa qarşı peyvəndin 2021-ci ildə hazır olacağını bildirmişdir.

Bu arada Çində yeni tipli koronavirusdan ölənlərin sayı 1380 nəfərə çatmışdır. Xəstəliyə yoluxanların ümumi sayı 64 min nəfərə yaxındır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video