14 Fevral 2020 16:03
616
SİYASƏT
A- A+

Venesuelanın Azərbaycandakı səfiri AZƏRTAC-da olub


Venesuelanın Azərbaycandakı səfiri Kristofer Alberto Martinez Berroteran AZƏRTAC-da olub.

  1. İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə iki ölkənin aparıcı media qurumlarının fəaliyyəti barədə danışılıb, mədəniyyət, tarix, idman və digər sahələr üzrə xəbər mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib.

Qonağa AZƏRTAC barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, 100 yaşını qeyd etməyə hazırlaşan agentlik son illərdə beynəlxalq informasiya təşkilatlarında iştirakını aktivləşdirib. AZƏRTAC bir sıra media qurumlarının üzvü olmaqla yanaşı, onların rəhbər strukturlarında da təmsil olunur. 2016-2019-cu illərdə Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edib. İspandilli ölkələrin informasiya agentlikləri ilə əlaqələrin genişləndirilməsinə də önəm verən AZƏRTAC bir ildən çoxdur ki, ispan dilində xəbərlər yayır.

Azərbaycanda və regionda baş verənlər barədə xəbərləri AZƏRTAC-dan əldə etdiyini deyən Kristofer Alberto Martinez Berroteran agentliyin informasiya buraxılışında öncül mövqedə olduğunu vurğulayıb. Venesuelanın mətbuat ənənələrindən danışan səfir ölkəsindəki bir neçə aparıcı media qurumu barədə məlumat verib. Bu sırada 200 illik tarixi olan gündəlik "Correo del Orinoco” qəzetinin, eləcə də "Telesur” telekanalının xüsusi yer tutduğunu qeyd edən diplomat mədəniyyətlərin bir-birinə yaxınlaşmasında mətbuatın önəmli rol oynadığını bildirib.

Xatırladaq ki, Azərbaycan və Venesuela arasında diplomatik əlaqələr 1995-ci il mayın 12-də qurulub. Bu ölkənin Azərbaycanda səfirliyi isə ötən ilin martında fəaliyyətə başlayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video