Alternative content

20:33 09 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çində indiyədək 1716 tibb işçisi koronavirusa yoluxub
Çində indiyədək 1716 tibb işçisi koronavirusa yoluxub
ANA SƏHİFƏ / CƏMİYYƏT
12:16 14.02.2020

Çində koronavirus epidemiyası başlayandan bəri 1716 tibb işçisi bu virusa yoluxub.

AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Koronavirusun yeni növü (COVID-19) 6 tibb işçisinin həyatına son qoyub. Onlar arasında Uxan şəhərindəki Mərkəzi Xəstəxananın oftalmoloqu, koronavirusun yeni növü barədə ictimaiyyəti ilk məlumatlandıran həkimlərdən olan Li Venlian da var.

Koronavirusun episentri olan Xubey vilayətində xəstələrin sayının çoxalması tibbi personala böyük tələbat yaradıb. Ona görə də ölkənin digər yerlərindən ümumilikdə 21 mindən çox tibb işçisi epidemiya ilə mübarizənin "ön cəbhəsi” olan Xubeyə ezam olunub. Onlar arasında Çin silahlı qüvvələrinin tabeliyindəki tibb müəssisələrinin təxminən 4 min hərbçisi də var.

Qeyd edək ki, indiyədək Çində virusa yoluxanların ümumi sayı 63 min 936, ölənlərin sayı isə 1381 nəfərə çatıb. Virusa yoluxanlardan təxminən 10 min nəfərinin vəziyyəti ağırdır. İndiyədək 6755 nəfər sağalaraq xəstəxananı tərk edib. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 493 min nəfəri müəyyən edib, onlardan 178 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniya, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, Böyük Britaniya, Rusiya, İtaliya, İspaniya, İsveç, Belçika və Finlandiyada 500-dən çox yoluxma faktı olub. Çinin hüdudlarından kənarda - Filippində və Yaponiyada iki ölüm faktı qeydə alınıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM