Alternative content

03:06 24 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Koronavirusun tüğyan etdiyi şəhərdə sakinlərin evlərini tərk etməsi qadağan olunub
Koronavirusun tüğyan etdiyi şəhərdə sakinlərin evlərini tərk etməsi qadağan olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:49 14.02.2020

Koronavirusun yeni növünün (COVID-19) episentri olan Xubey vilayətində epidemiya ilə mübarizə tədbirləri gücləndirilir. Fevralın 14-də vilayətin Xuanqan şəhərində bütün yaşayış massivlərinə, həyətlərə və binalara giriş-çıxış qadağası qüvvəyə minib.

AZƏRTAC şəhərin epidemiyaya nəzarət qərargahına istinadla xəbər verir ki, yeni qaydalara əsasən, sakinlərin təcili və çox ciddi bir səbəb olmadığı təqdirdə yaşayış yerlərini tərk etmələrinə icazə verilməyəcək. Evlər idarələrinin əməkdaşları ehtiyac duyulan gündəlik tələbat mallarını sakinlərə mənzillərində çatdıracaqlar.

Təcili tibbi yardım, polis və yanğından mühafizə xidmətinin avtomobillərindən başqa digər nəqliyyat vasitələrinin şəhərdə hərəkətinə qadağa qoyulub. Yeni qaydaları pozanlara qarşı sərt cəzalar tətbiq olunacaq.
Qeyd edək ki, 7,5 milyon əhalisi olan Xuanqan Çində koronavirusun ən çox yayıldığı üçüncü şəhərdir. Yanvarın sonlarında Xubey vilayətinin inzibati mərkəzi olan Uxan və digər bir neçə şəhər ilə yanaşı, Xuanqanda da karantin elan olunub. İndiyədək şəhərdə 2791 nəfərin virusa yoluxduğu, 59 nəfərin isə öldüyü təsdiqlənib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM