Alternative content

09:52 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daha güclü Azərbaycan naminə
Daha güclü Azərbaycan naminə
ANA SƏHİFƏ / SİYASƏT
05:03 14.02.2020


Prezident İlham Əliyev parlament seçkilərinin bütün demokratik meyarlara cavab verdiyini bəyan etdi


"Parlament seçkiləri bir daha onu göstərdi ki, bizim niyyətimiz demokratik inkişafın təmin edilməsidir. Çünki hətta bizə həmişə ən tənqidi mövqedən yanaşan təşkilatlar da seçkilərlə bağlı məruzəsində müsbət meyilləri qəbul etməyə məcbur olmuşlar. Pozuntulara gəldikdə, qeyd etmişlər ki, bu prosedur xarakterli pozuntular idi. Yəni bu hər bir ölkədə var. Heç bir ölkədə tam kamil seçkilər keçirilmir. Amma bu seçkilərdə nə saxtakarlıq, nə ciddi pozuntular olub, nə də ki, seçkilərin legitimliyini, yaxud da nəticələrini şübhə altına alan hər hansı bir pozuntu”.

Fevralın 12-də Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışında çıxış edən Prezident İlham Əliyev ölkədə keçirilən VI çağırış Milli Məclisə seçkiləri dəyərləndirərkən bu fikirləri səsləndirdi. Bu gün Azərbaycanın hər bir sahəsində islahatların aparıldığını vurğulayan dövlət başçısı dedi ki, Nazirlər Kabineti, Prezident Administrasiyasından sonra ölkə parlamenti də yenidən formalaşır.

Ümumiyyətlə, hər bir ölkədə seçkilər hakimiyyətin xalq etimadının və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Çünki bu mühüm vasitə cəmiyyəti sosial-hüquqi ədalətsizliklərdən qoruyur. Hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycanda VI çağırış Milli Məclisə seçkilər də ölkədə həyata keçirilən uğurlu islahatların növbəti təntənəsi kimi yadda qaldı.

Parlament seçkilərini Azərbaycanın dəvəti ilə ölkəyə gəlmiş 883 beynəlxalq müşahidəçi, 132 xarici KİV-dən 199 nümayəndə izlədi və sonda açıqladıqları rəylər seçkilərin demokratik və şəffaf şəraitdə keçdiyini təsdiqləmiş oldu. Beynəlxalq təşkilatların müşahidə missiyaları, ATƏT PA, həmçinin ATƏT DTİHB tərəfindən yüksək və məqbul şəkildə dəyərləndirildi.

Seçki prosesinin bütün demokratik meyarlara cavab verdiyini söyləyən dövlət başçısı vurğuladı ki, səsvermə günü seçkilər çox müsbət şəkildə keçirilib və əgər pozuntular olubsa, MSK tərəfindən araşdırılacaq: "Mərkəzi Seçki Komissiyası artıq fəal işə başlayıb, yerlərdən məlumat toplayırıq. Biz istəmirik ki, pozuntular olsun. Pozuntulara yol verən şəxslər öz cəzasını almalıdırlar ki, gələcəkdə belə hallara yol verilməsin”.

Həqiqətən də, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri çox müsbət qiymətləndirdi. Bəziləri qeyd etdi ki, bu bir çox ölkələr üçün nümunə ola bilər. Çünki bu seçkilər zamanı 1300-dən çox namizədin prosesə qatılması və seçkinin rəqabətli şəkildə obyektiv keçirilməsi çoxlarının diqqətini çəkib.

Seçki günündən əvvəl ölkəyə gələn bəzi beynəlxalq müşahidəçilərin hesabatlarında isə qeyd edilirdi ki, hər bir namizəd öz dairəsində açıq görüşlər keçirib, istədiyi sözləri deyirdi, bəziləri hakimiyyəti tənqid edirdilər. Heç kim buna görə heç kimə maneçilik törətmirdi.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın fikirlərinə diqqət edək: "Türkiyə olaraq bu seçkilərin şəffaf, sakit ab-havada keçməsinə, belə bir mühitin yaradılmasına görə, ilk növbədə, Prezident İlham Əliyevə çox təşəkkür edirik. İkincisi, Azərbaycan xalqının mütəşəkkilliyini, öz dəyərlərinə sahib çıxmasını təqdir edirik. Üçüncüsü, bir təşəkkürümüz də namizədlərədir. Bu seçkilərdə gənc namizədlər də fəal idi. Onlar seçkilərə hazırlıq dövründə Türkiyədə olduğu kimi, qapı-qapı gəzərək təbliğat işləri aparıblar. Mən inanıram ki, bundan sonrakı seçkilərdə Azərbaycan bunun faydasını görəcək. Sizə yoldaşlarım adından bir daha təşəkkür edirəm”. Bütün bunlar da bir daha ölkədə ədalətli seçki mühitinin yaradıldığını, seçkilərin obyektiv keçirildiyini bir daha təsdiq edir.

Lakin bir sıra qüvvələr var ki, hətta verilən bəyanatlara rəğmən müəyyən antiazərbaycançı dairələrin verdikləri tapşırıqları icra etməyə cəhd göstərdilər. Hər dəfə olduğu kimi, "sapı özümüzdən olan baltalar” bu dəfə də seçki prosesinə kölgə salmağa çalışdılar. Öncə seçkiləri "boykot” etməyə çağırış etdilər. Sonra isə xalqın mütəşəkkilliyini görüb, seçkilərə başqa rakursdan ləkə yaxmağa cəh etdilər. İctimai dəstəyinin bütünlüklə itirilməsi səbəbindən seçkilərə qatıla bilməyən dağıdıcı radikallar köhnə ənənələrinə sadiq qalaraq seçkiləri "boykot” etmək çağırışları etsələr də, biabırçı iflasa uğradılar və yenə də bütün "səyləri” boşa çıxdı. Parlament seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi.

Fevralın 10-da MDB İcraiyyə Komitəsi müşahidə missiyasının rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə cənab İlham Əliyev məhz bu məsələyə toxunaraq demişdi ki, ölkəmizə qarşı hər zaman belə qərəzli mövqe nümayiş etdirilib. "Azərbaycanda keçirilən seçki kampaniyalarının təcrübəsinə əsasən deyə bilərəm ki, biz həmişə qərəzli münasibət görmüşük. Bununla belə, hesab edirik ki, bizim gizlədəcəyimiz heç nə yoxdur. Biz çoxlu sayda müşahidəçi dəvət etdik, gələnlərin hamısına minnətdarıq. Ona görə də son nəticədə nə yazılacağından və onları hansısa fikirləri səsləndirməyə məcbur edəcəklərindən asılı olmayaraq, hər halda onların hər birində həm ölkəmiz, həm insanlarımız, həm də seçki prosesi haqqında rəy formalaşacaq”.

Ümumiyyətlə, parlament seçkilərinin keçirilməsini dəyərləndirərkən cənab İlham Əliyev qeyd edib ki, bu 2018-ci ildə prezident seçkilərindən sonra elan edilən islahatların davamıdır və onlar ardıcıl olaraq həyata keçirilir. Hər şey Azərbaycanın dayanıqlı inkişafının təmin olunmasına və demokratik proseslərin genişlənməsinə yönəlmiş ümumi inkişaf strategiyası çərçivəsində gedir: "Buna görə də həyata keçirilən struktur islahatları, o cümlədən kadr islahatları da bir məqsədə xidmət edir: biz yerimizdə saymayaq. Çünki müvəffəqiyyətlərdən arxayınlaşmaq olmaz”.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM