Alternative content

10:16 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Tovuzda vətəndaşlarla görüşüb
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Tovuzda vətəndaşlarla görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
05:01 14.02.2020


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə fevralın 13-də Tovuz şəhərində Tovuz və Şəmkir rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Tovuz Suvarma Sistemləri İdarəsinin inzibati binasında Tovuz və Şəmkir rayonlarından olan vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib.

Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, nov kanallarının qurulması, nasos stansiyaların tikintisi, yeni subartezian quyularının qazılması, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Qeyd edək ki, eyni gündə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Rafiq Aslanov Ağstafa rayonunda, Zakir Quliyev isə Qazax rayonunda vətəndaşları fərdi qaydada qəbul edib, onların müraciət və şikayətlərinə baxılıb.




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM