2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 70 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar 23/143
2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 14 saylı Xəzər seçki dairəsi üzrə qeydə alınmış namizəd Qafarov Abid Abdin oğlu 2020-ci il fevralın 11-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia etmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, müraciətin aidiyyət qaydalarının pozulması ilə daxil olmasına dair rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə görə müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü hissəsinə əsasən qərara alır:
1. 14 saylı Xəzər seçki dairəsi üzrə qeydə alınmış namizəd Qafarov Abid Abdin oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 70 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13.02.2020
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir
29 Mart
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
29 Mart
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
29 Mart
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
29 Mart
“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQL...
29 Mart
"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub...
29 Mart
Almaniyada kimlər daha çox pensiya alır?
29 Mart
Havada toz müşahidə olunur
29 Mart
Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB...
29 Mart
İsveçrənin hidrogen qatarı rekord vurub
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!