Alternative content

11:11 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
03:49 26.02.2020 Xocalıdan Missuriyə...
03:48 26.02.2020 Qanlı cinayət unudulmur
03:46 26.02.2020 Qanlı xatirə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
ANA SƏHİFƏ / Elm və texnika
04:47 14.02.2020


Bakıda Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində fevralın 13-də təşkil olunan "Sabahın alimləri” IX Respublika müsabiqəsinin bağlanış və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra 2012-ci ildən keçirilən "Sabahın alimləri” Respublika müsabiqəsinə dair videoçarx nümayiş etdirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə böyük önəm verdiyini vurğulayıb.

Nazir bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Qeyd edilən çağırışlara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslər artıq həyata keçirilməkdədir. Son illər ali təhsil müəssisələrində qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər də artırılıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb. Bu günə olan məlumata əsasən, "Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb ki, onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür.

Nazir deyib ki, doqquzuncu dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır.

Təhsil naziri müsabiqənin qaliblərini təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb.

Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edilib.

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə keçirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM