Alternative content

14:23 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ötən ilin son gecəsi”nin nağılı
“Ötən ilin son gecəsi”nin nağılı
ANA SƏHİFƏ / Mədəniyyət
04:41 14.02.2020


Dost itkisinə yazılan elegiyada Azərbaycan polisinin fəaliyyətindən söz açılır


Dövlətin və xalqın keşiyində ayıq-sayıq duran polisi qışın şaxta-ayazında, qarında, çovğununda, boranında səngərdə dayanan əsgərə bənzədənlər səhv etməyiblər. Lakin etiraf edək ki, heç də həmişə polisin əziyyəti, vətənə, dövlətə xidməti layiqincə işıqlandırılmayıb. Belə ki, onlar layiq olduqları səviyyədə ictimaiyyətə təqdim edilməyiblər. Bununla yanaşı, son illər Azərbaycan polisinin şərəfli xidməti barədə maraqlı, xoşsoraqlı yazılara da ara-sıra rast gəlinir.

Geniş oxucu auditoriyasına yenicə çıxarılan bir nəşrdə isə Azərbaycan polisinin şəxsiyyəti ilə əməli fəaliyyəti lakonik, tutarlı, nümunəvi faktlarla əks etdirilir. "Ötən ilin son gecəsi-9 fevral” adlanan bu kitaba ön söz yazan filologiya üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist, şair-tədqiqatçı Adil Cəmil haqlı olaraq əsəri dost itkisinə elegiya adlandıraraq qeyd edir ki, ağır həyati sınaqlardan, döyüş meydanlarından sağ-salamat çıxan yenilməz bir insanın qəfil xəstəlikdən dünyasını dəyişməsi bu hekayəti qələmə alan Rahib Qarayevi bəlkə də hamıdan çox (mərhumun ailəsi istisna olmaqla) sarsıdır: "Otuz ildən artıq ünsiyyətdə olduğun, "can deyib-can eşitdiyin”, bir məktəbdə oxuduğun, bir yolu qoşa getdiyin, eyni məramlı, eyni düşüncəli əzizini itirməyin nə demək olduğunu belə itkilərə məruz qalanlar bilər...”

Əsərin qəhrəmanını isə müəllif belə təqdim edir: "Daxili işlər orqanlarında 33 illik xidməti dövründə Şükür Mehtiyev həmişə polis andına, vətəninə, xalqına, dövlətinə sədaqətlə xidmət etmiş, sonuncu iş yeri olan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsində çalışarkən dəfələrlə ölkə xaricində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Xidmət müddətində "Daxili İşlər orqanlarında qüsursuz xidmətlərinə görə” medalının hər 3 dərəcəsinə, 2013-cü ildə isə cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması, xidməti vəzifələrin və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən, "Vətən uğrunda” medalı ilə təltif edilmişdir”.

Nəfis tərtibatla oxuculara təqdim olunan kitabda illərin və nəsillərin sınağından çıxmış dost sevgisini, etibarını qazanmağın asan olmadığını ustalıqla qələmə alan müəllifin onun itkisinə də yanaşması düşündürücü və təsirlidir. Publisist düşüncələrin tarixi xronologiya ilə vəhdət təşkil etdiyi kitabda vətəninə, dövlətinə sadiq, səmərəli və nümunəvi xidmət göstərmiş bir nəfərin şəxsində Azərbaycan polisinin ümumi obrazı yaradılır. Bədii sözlə yaradılan həmin obrazı görmək üçün iki dildə (Azərbaycan və rus) buraxılan "Ötən ilin son gecəsi-9 fevral” kitabını sadəcə vərəqləmək yox, diqqətlə oxumaq lazımdır.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM