13 Fevral 2020 23:23
1087
İDMAN
A- A+

Azərbaycanın Olimpiya komandasının “Tokio-2020”yə hazırlığı müzakirə olunub


Fevralın 13-də Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Kator ilə görüşüb.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə Yaponiya səfirliyinin mədəniyyət və təhsil şöbəsinin müdiri, 3-cü katib İşikava Daiki və MOK baş katibinin müavini Azər Əliyev də iştirak ediblər.
Görüşdə Azərbaycanın Olimpiya komandasının "Tokio-2020” Yay Olimpiya Oyunlarına hazırlığı, Oyunların Azərbaycanda təbliğinə dair MOK-un fəaliyyət planı və bu işlərin həyata keçirilməsində səfirliyin roluna dair müzakirələr aparılıb.

Ç.Hüseynzadə qonaqlara MOK-un tarixi və inkişaf yolu, "Tokio-2020” Yay Olimpiya Oyunlarının fərqli xüsusiyyətləri haqda qonaqlara ətraflı məlumat verib və Olimpiadanın əhəmiyyətini xüsusi vurğulayıb. 1964-cü ildə Yaponiyada keçirilən Olimpiadada SSRİ yığma komandasının tərkibində Azərbaycan idmançılarının yüksək nəticələr əldə etdiklərini xatırladan vitse-prezident "Tokio-2020” Olimpiadasının da atletlərimiz üçün parlaq qələbələrlə yadda qalacağına əminliyini ifadə edib.

Səfir Azərbaycan idmançılarının yapon idman növləri üzrə yüksək nəticələr göstərdiklərini bildirib. Yaponiyada Azərbaycan idmançılarının güclü rəqib olaraq qəbul edildiklərini deyən diplomat cüdoçuların yapon idmançılarla görüşlərdə qazandıqları nailiyyətləri xüsusi vurğulayıb. O, güləş üzrə Azərbaycan yığmasının Şiko şəhərində təlim-məşq toplanışı keçirdiyini də diqqətə çatdırıb.

Söhbət zamanı "Tokio-2020”nin təbliğat kampaniyası və müvafiq sahədə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video