13 Fevral 2020 16:18
1096
Elm və texnika
A- A+

Azərbaycan dünyanın 20 universiteti ilə ikili diplom proqramı üzrə kadr hazırlayır

 

Son illər ölkədə texniki və texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirilir. Azərbaycan universitetlərinin dünyanın aparıcı ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 proqram tətbiq edilir. Onlardan 4-ü məhz texniki və texnoloji ixtisaslara aiddir.
 

AZƏRTAC xəbər verir ki, bunu "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda Təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, Azərbaycanın 10 universiteti dünyanın aparıcı 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramlarında kadr hazırlığı aparır. Bu proqramlardan 7-si texniki və texnoloji ixtisaslara aiddir.

Xatırladaq ki, "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda ikigünlük konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və "Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video