Alternative content

03:30 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sabahın alimləri” IX Respublika müsabiqəsi başa çatıb
“Sabahın alimləri” IX Respublika müsabiqəsi başa çatıb
ANA SƏHİFƏ / Elm və texnika
16:17 13.02.2020
 

Fevralın 13-də Bakıda Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunan "Sabahın alimləri” IX Respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə böyük önəm verdiyini bildirib.

Nazir təhsil sahəsində qazanılan uğurlardan, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb. C. Bayramov "Sabahın alimləri” müsabiqəsinin təhsilə töhfə verdiyini qeyd edib.

Digər çıxış edənlər də müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Cari ildə müsabiqədə iştirak üçün 15 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib. Onlardan 327 nəfər 187 elmi layihə ilə müsabiqəyə qatılıb.

Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.

Tədbirdə qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub. Üç layihənin müəllifi isə cari ilin may ayında ABŞ-da keçiriləcək ISEF-də iştirak etmək imkanı qazanıb və BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək.

"Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə təşkil olunur.

Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə keçirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM