13 Fevral 2020 16:12
1219
Elm və texnika
A- A+

UNEC-in rektoru: Təhsilin bütün səviyyələrində rəqəmsal iqtisadiyyat üçün kadr hazırlanmalıdır

 

Rəqəmsallaşma iqtisadi inkişaf üçün şərait yaratsa da, təcrübə göstərir ki, müvafiq imkan az sayda şəxsin, şirkətin və dövlətin əlində toplanıb. Bu gün hələ də əhalisinin yarısından çoxunun internetə çıxışı məhdud olan və ya heç olmayan bir dünyada yaşayırıq (zəif inkişaf etmiş ölkələrdə 5 nəfərdən biri, inkişaf etmiş ölkələrdə dördü internetdən istifadə edir), dünyada İKT sektorunda yaranan əlavə dəyərin 40 faizi ABŞ-ın və Çinin payına düşür.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, iqtisadiyyatın rəqəmsallaşmasının uğuru hakimiyyət orqanlarının, biznesin, elm, təhsil və ekspert cəmiyyətinin əlaqəli fəaliyyətini tələb edir. Rəqəmsal transformasiya ilə bağlı həyata keçirilən tədbirlərin nəticələrinin və səmərəliliyinin qiymətləndirilməsi üçün belə bir sistemin yaradılması vacibdir, təhsilin bütün səviyyələrində (məktəb, orta texniki, ali, yenidən hazırlıq və ixtisasın artırılması) rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığı tələb olunur. Bu sahədə tələb olunan mütəxəssis qıtlığını nəzərə alaraq ölkədə mövcud peşəkar mütəxəssislərin iştirakı ilə şəbəkə təhsil müəssisəsi kimi fəaliyyət göstərən təhsil sisteminin yaradılması müzakirə olunmalıdır. Rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığında ciddi və sürətli irəliləyişə nail olmaq üçün "Cisco”, "Microsoft” kimi nüfuzlu şirkətlərin müvafiq sertifikatlarını alan şəxslərin xərclərinin kompensasiyası məsələsi gündəmə gətirilməlidir.

"İqtisadiyyatın rəqəmsallaşması statistik göstəricilərə tələbi dəyişməklə yanaşı, rəqəmsal texnologiyaların tətbiqi nəticəsində statistik göstəricilərin keyfiyyətinin artırılması üçün yeni imkanlar yaradır. Beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılması gündəlikdə duran məsələdir. Xarici təcrübə göstərir ki, Azərbaycanda mövcud iqtisadiyyatın rəqəmsal transformasiyası və rəqəmsal iqtisadiyyatın formalaşdırılmasını bir-birindən fərqləndirməklə bir çox ölkələrdə olduğu kimi, bizim ölkəmizdə də "Rəqəmsal Azərbaycan” Dövlət Proqramı hazırlanmalıdır”, - deyə Ədalət Muradov vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video