13 Fevral 2020 14:56
474
SİYASƏT
A- A+

Hikmət Hacıyev: Harlem Dezirin hadisələrə tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in media azadlığı üzrə nümayəndəsi Harlem Dezirin Azərbaycanda guya jurnalistlərə qarşı zorakılığın baş verməsi ilə bağlı bəyanatına münasibət bildirib.
 

Hikmət Hacıyev AZƏRTAC-a müsahibəsində Harlem Dezirin davamlı şəkildə qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən bir şəxs olduğunu, Azərbaycanda baş verən hadisələri qəsdən şişirtdiyini və siyasiləşdirdiyini deyib. Prezidentin köməkçisi vurğulayıb ki, H.Dezirin məsələləri öyrənmədən, tələm-tələsik reaksiyası onun Azərbaycana olan aşkar qərəzini göstərir.

"Lakin "insan haqları uğrunda cəfakeş” H.Dezir nədənsə Ermənistanda insan hüquqlarının pozulması, təqib və həbslərə göz yumur. Ermənistanın baş naziri öz siyasi rəqiblərini bir-bir həbsə atır, onları "asfalta uzatmaqla” hədələyir. Ermənistanda jurnalistlər həbs və təqib olunur. Keçən il müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdi. Lap bu yaxınlarda "VETO” hərəkatından olan müxalif bloqqer Narek Malyan qanunsuz silah saxlanması ittihamı ilə saxlanılıb. Satik Seyranyan, Armen Tavadyan və digər şəxslərlə bağlı vəziyyəti qeyd etmək olar. Lakin biz H.Dezirin bu məsələlərə dair heç bir reaksiyasının şahidi olmuruq. Görünür, H.Dezir insan hüquqlarına münasibətini siyasi coğrafiyaya görə müəyyən edir. Prosedurlara uyğun olaraq bu ilin iyun ayında ATƏT-də onun mandatının uzadılıb-uzadılmaması məsələsinə baxılacaq. H.Dezirin vəzifəsindən sui-istifadə etməsi, məsələləri lüzumsuz yerə hədsiz dərəcədə şişirtməsi və siyasiləşdirməsi nəzərə alınaraq, bu gedişlə onun mandatının uzadılması ilə bağlı Azərbaycan tərəfinin fərqli fikri olacaq”, - deyə Hikmət Hacıyev qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video