Alternative content

08:31 04 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ədalət Muradov: Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır
Ədalət Muradov: Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır
ANA SƏHİFƏ / Elm və texnika
14:52 13.02.2020
 

Rəqəmsal iqtisadiyyat gəncliyin iqtisadiyyatıdır. Belə ki, gəncliyin potensialının, innovativliyinin reallaşdırılması, müstəqil qərarlar vermək, gələcəyi təmin etmək baxımından rəqəmsal iqtisadiyyat geniş imkanlar yaradır.
 
AZƏRTAC xəbər verir ki, bu fikri "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov söyləyib. O bildirib ki, rəqəmsal iqtisadiyyatda gənclər oyun qaydalarını özlərinə uyğun dəyişirlər. Gənclər ətraflarında baş verənlərin müşahidəçilərindən, onları formalaşdıranlara çevrilirlər. Həm də nəzərə almaq lazımdır ki, rəqəmsal iqtisadiyyatın məhsul və xidmətlərinin əsas istehlakçıları məhz gənclərdir.

"Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci il Azərbaycanda "Könüllülər ili” elan edilib. İnanıram ki, "Könüllülər ili” rəqəmsal bərabərsizliyi aradan qaldırmağa da mühüm töhfələr verəcək”, - deyə professor Ədalət Muradov qeyd edib.

Xatırladaq ki, "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti və İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri və "Bir kəmər, bir yol Elm” və Texnologiya Alyansının dəstəyi ilə keçirilir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM