Alternative content

11:43 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda müzakirələr aparılır
Rəqəmsal iqtisadiyyat, müasir çağırışlar və real imkanlar mövzusunda müzakirələr aparılır
ANA SƏHİFƏ / Elm və texnika
14:49 13.02.2020
 

Fevralın 13-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin "Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə "Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov konfransın mövzusunun aktuallığından danışıb. Qeyd edib ki, rəqəmsal iqtisadiyyat və bununla bağlı "Sənaye 4.0” konsepsiyası dünya iqtisadiyyatının gələcək inkişafı, milli iqtisadiyyatların dayanıqlı, innovativ və rəqabətqabiliyyətli inkişafı ilə bağlı ciddi və tamamilə yeni müzakirələri gündəmə gətirib. Rəqəmsal inqilab həyatımızı və yaşadığımız cəmiyyəti görünməmiş dərəcədə yüksək sürətlə və böyük miqyasda transformasiyaya məruz qoyaraq, çox geniş imkanlar yaradır.

Rektor vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı zamanı Davos İqtisadi Forumun Regional Mərkəzinin Bakıda açılması ilə bağlı əldə olunmuş razılıq Azərbaycanda IV sənaye inqilabına, o cümlədən yüksək texnologiyalara, rəqəmsallaşmaya verilən önəmin bariz nümunəsidir.

Professor Ədalət Muradov bildirib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilən nailiyyətlər və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq ölkəmizin gələcəkdə də dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti kimi rəqəmsal transformasiyasının müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə təşkil olunub. Konfransa 19 ölkədən nümayəndə qatılıb, 95 xarici olmaqla 22 ölkədən 215 məqalə təqdim edilib. Konfrans çərçivəsində 7 bölmə - "Dövlət idarəetməsinin rəqəmsal transformasiyası”, "Rəqəmsal əməkdaşlığa regional baxış”, "Maliyyə sektorunun rəqəmsallaşması”, "Sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası”, "Rəqəmsal transformasiyada texnoloji, humanitar və etik problemlər”, "Rəqəmsal valyutalar və elektron ticarət: potensial risklər və faydalar”, "Ağıllı şəhər: beynəlxalq təcrübə” üzrə müzakirələr aparılacaq.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadiyyatı ölkənin bütün sahələrində inkişafa nail olunmsına təkan verir. Rəqəmsal inqilabın sürətlə inkişaf etməsi rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ciddi addımlar atmağı tələb edir. Konfransda aparılan müzakirələr, fikir mübadiləsi bu sahədə mühüm nəticələr ortaya qoyacaq.
 

Təhsil nazirinin müavini İdris İsayev vurğulayıb ki, iqtisadi inkişafın dinamikası fonunda təhsil sisteminin müasir iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması mühüm məsələlərdəndir. Qloballaşma dövründə təhsil sistemlərinin milli iqtisadiyyatların qlobal dəyər zəncirinin tərkib hissəsinə çevrilməsi bu əlaqəliliyin aktuallığını daha da artırır. Müasir texnoloji inkişaf fonunda iqtisadi tələblərin formalaşdırdığı yeni çərçivələrin müəyyən olunması günümüzü mühüm reallığını, öyrənmə və öyrətmə prosesinin bu tələblər üzərində qurulması isə təhsil sisteminin bütün pillələri üzrə cavabdehliyin əsasını təşkil edir. Rəqəmsal inqilabın tələblərinə cavab vermək üçün Azərbaycanda təhsil sahəsində mühüm addımlar atılıb. Ölkənin 6 bölgəsində 123 məktəbi əhatə edən rəqəmsal bacarıqlar layihəsi icra olunur. Bu layihəyə 70 mindən çox şagird cəlb olunub. Layihənin məqsədi şagirdlərin rəqəmsal bacarıqlarını üzə çıxarmaqdır.

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxışında qeyd edib ki, rəqəmsal iqtisadiyyatın inkişafında infrastrukturun modernləşdirilməsi və artan tələbatın təmin olunması üçün imkanlar yaradılması, müasir texnologiyaların tətbiqi, internet istifadəçilərinin sayının artması, elektron ticarətin genişlənməsi əsas rola malikdir.

Açılış mərasimi məruzələrin dinlənilməsi ilə davam edib.

Qeyd edək ki, beynəlxalq konfransın 2-ci günü konfransın mövzusuna aid alimlərin çıxışları olacaq, müzakirələr aparılacaq.

Konfrans çərçivəsində, həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.

Beynəlxalq konfransa Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, ABŞ-ın Linkoln Universiteti, Fransanın Monpelye Universiteti, Türkiyənin İstanbul Universiteti, Belarus Dövlət İqtisad Universiteti, Litvanın Mikolas Romeris Universiteti, Yunanıstanın Qərbi Makedoniya Universiteti, TİKA – Türkiyə İş Adamları Əməkdaşlıq və Əlaqələndirmə Agentliyi, Türk Dünyası İqtisadçılar Birliyi, İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası, Klariveyt Analitks və Rusiyanın Y.T. Qaydar adına İqtisadi Siyasət İnstitutu tərəfdaşlıq edir.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM