Alternative content

10:22 26 Fevral 2020
ONLINE XƏBƏR LENTİ
03:49 26.02.2020 Xocalıdan Missuriyə...
03:48 26.02.2020 Qanlı cinayət unudulmur
03:46 26.02.2020 Qanlı xatirə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təşkilat Komitəsi: Yeni koronavirus “Tokio-2020” Olimpiya Oyunlarına təsir etməyəcək
Təşkilat Komitəsi: Yeni koronavirus “Tokio-2020” Olimpiya Oyunlarına təsir etməyəcək
ANA SƏHİFƏ / İDMAN
12:38 13.02.2020

"Tokio-2020” Olimpiya Oyunlarının təşkilat komitəsinin sədri Yoşiro Mori bəyan edib ki, yeni koronavirusla bağlı yarışların təxirə salınması və ya vaxtının dəyişdirilməsi məsələsi rəsmi şəxslər tərəfindən müzakirə edilmir.

AZƏRTAC xəbər verir ki, bu barədə Y.Mori fevralın 13-də Tokioda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri ilə keçirilən görüşdə məlumat verib.

Oyunlara hazırlığın gedişi ilə bağlı iki gün davam edəcək müzakirələrdə BOK-un əlaqələndirmə komissiyasının sədri Con Kouts bildirib ki, yeni koronavirus təşkilatçıların gözlənilmədən qarşılaşdığı problemdir. Oyunlarda iştirak etmək üçün Yaponiyaya gələcək idmançıların və digər rəsmi şəxslərin yeni koronavirusa yoluxmaması üçün lazım olan bütün tədbirlər görülməlidir.

Əlaqələndirmə komissiyasının sədri əlavə edib ki, o, Yaponiya hökumətindən, Tokio rəhbərliyindən və təşkilat komitəsindən bu məsələ ilə bağlı görülən tədbirlər barədə cavabı səbirsizliklə gözləyir.
Y.Mori bildirib ki, sosial şəbəkələrdə yeni koronavirusa görə Tokio Oyunlarının təxirə salınacağı barədə məsuliyyətsiz şayiələr yayılır. Lakin təşkilat komitəsi Oyunların nə təxirə salınması, nə də vaxtının dəyişdirilməsi məsələsini müzakirə etməyib. Təşkilat komitəsi tərəfindən koronavirusun profilaktikası ilə əlaqədar informasiya mübadiləsi məqsədilə xüsusi qrup yaradılıb.

Görüşdə Tokiodan Sapporoya dəyişdirilmiş marafon və idman qaçışı üzrə yarışlara hazırlığın gedişinin müzakirə olunacağı da bildirilir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM