Alternative content

14:01 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dini-mənəvi mühitin qorunduğu ali təhsil ünvanı
Dini-mənəvi mühitin qorunduğu ali təhsil ünvanı
ANA SƏHİFƏ / Təhsil
02:21 13.02.2020


Ötən gün Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təsis edilməsinin 2-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, institutun Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edildiyini vurğulayıb. İnstitutun yaradılmasında məqsədin Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək olduğunu bildirib.

Azərbaycanda nümunəvi dövlət-din münasibətləri haqqında bəhs edən C.Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu siyasətin hazırda onun layiqli varisi Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Birinci vitse-prezident xanım Mehriban Əliyeva və onun rəhbəri olduğu Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb.

Aİİ rəhbəri daha sonra vurğulayıb ki, institutun yaradılması dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərə qayğının ən böyük göstəricilərindən biridir.

C.Məmmədov ötən iki il ərzində institutun gördüyü işlər, ali təhsil müəssisəsinin həyata keçirdiyi fəaliyyət istiqamətləri, həmçinin hədəfləri haqqında da məlumat verib.

Rektor qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutu qarşısına bir sıra məqsəd və hədəflər qoyub. Müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi ümdə vəzifələrdəndir: "Belə mütəxəssislər yetişdirmək üçün bir çox layihə həyata keçirir, diskussiyalar, yarışlar, konfranslar, təlimlər təşkil edirik. İşimizdə dünya və qonşu ölkələrin təcrübələrindən bəhrələnirik. İstəyirik ki, tələbələrimiz - gələcəyin ilahiyyatçıları dərin elmə, yüksək intellektə, zəngin dünyagörüşünə malik peşəkar mütəxəssislər olsun”.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev Şeyxülislam Allahşükür Paşazadənin Aİİ heyətinə xeyir-dualarını çatdırıb. O, İlahiyyat İnstitutunun yaradılmasını ölkəmiz üçün əhəmiyyətli hadisə kimi qiymətləndirib. F.Nurullayev xüsusilə son illərdə dünyada gedən gərgin siyasi proseslərin fonunda bu qərarın doğru və yerində olduğunu vurğulayıb. Hazırda dini təhsil almış insanlara ehiyac olduğunu qeyd edən F.Nurullayev institutun Azərbaycanın dini həyatında xidmətləri olacaq layiqli məzunlar yetişdirəcəyini vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov istər islam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrların hazırlanması baxımından Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib. Cəmiyyətdə institutun yetəri qədər tanındığını və müsbət fikirlərin olduğunu bildirib. Regionda dini təhsil verən kifayət qədər müəssisələrin olduğunu vurğulayan sədr müavini Azərbaycan İlahiyyat İnstitutunun bu rəqabət mühitində öz sözünü layiqincə deyəcəyinə ümidvar olduğunu bildirib.

Sədr müavini bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının bariz göstəricisidir.

Yasəmən MUSAYEVA,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM