13 Fevral 2020 02:21
941
Səhiyyə
A- A+

Sumqayıtlılar Çinin Siana şəhərinə tibbi ləvazimatlar göndəriblər


Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox ərazini əhatə edir, qarşısının alınmasında ciddi çətinliklər yaşanır. Bunu nəzərə alan sumqayıtlılar dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Sian şəhərinə tibbi ləvazimatlar göndəriblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, fevralın 12-də Çin Xalq Respublikasının Sian şəhərinə 40 min ədəd tibbi maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 millilitrlik qabda spirt göndərilib.

Qeyd edək ki, sumqayıtlılar bir neçə gün öncə dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyen şəhərinə də tibbi yardım etmişdilər.

Yeni növ koronavirus ilk olaraq Çinin Uxan şəhərində yayılmağa başlayıb. Bu günə olan məlumata görə, Çində yeni növ koronavirus epidemiyası səbəbindən ölənlərin sayı 1114 nəfərə çatıb. Bu barədə Çinin Milli Səhiyyə Komissiyasından bildirilib. Qeyd olunub ki, virusa yoluxanların sayı 44 min 653 nəfərə çatıb. Bunlardan 8 min 204-nün vəziyyəti kritikdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video