Alternative content

11:54 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “China Daily” qəzetində Azərbaycanın virusla mübarizədə Çinə dəstəyindən bəhs edən məqalə dərc olunub
“China Daily” qəzetində Azərbaycanın virusla mübarizədə Çinə dəstəyindən bəhs edən məqalə dərc olunub
ANA SƏHİFƏ / SİYASƏT
22:47 12.02.2020

Çinin 100 milyon oxucusu olan "China Daily” qəzetində "Azərbaycan Çinin virus ilə mübarizəsinə hər mümkün yolla kömək etməyə hazırdır” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ölkəmizin Çinə koronavirus epidemiyası ilə mübarizədə daha çox dəstək verməyə hazır olması, habelə çinli turistləri Xəzər dənizinin gözəlliklərini görmək üçün ölkəmizdə görməkdən məmnun olacağı barədə fikirləri əksini tapıb. O, Azərbaycan hökumətinin Çinin virusla mübarizədə göstərdiyi səyləri yüksək qiymətləndirdiyini bildirib, ölkəmizin Çinin epidemiyaya qalib gəlməsi üçün dua etdiyini deyib.

Məqalədə Azərbaycandan Çinə göndərilən ilk yardımın artıq Siçuan vilayətinə çatdığı bildirilib. Çinin Mienyan şəhəri ilə qardaşlaşmış Sumqayıt şəhərindən Çinə 100 min bone (papaq), 40 min tibbi maska, 100 min steril əlcək, 100 min millilitr spirt, 100 min baxıl, 5 kiloqram xloramin (toz), 1850 tablet xloramin göndərilib. Bu, təkcə humanitar deyil, eyni zamanda, Azərbaycan ilə Çin hökumətləri və xalqları arasında dostluğun nümayişidir.

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə göndərdiyi başsağlığı məktubunda Azərbaycan xalqının bu müvəqqəti çətin günlərdə də dost Çin xalqı ilə həmrəy olduğu və hər cür yardım göstərməyə hazır olduğu qeyd edilib. "İki ölkə arasında sıx əlaqələr dövlət başçıları arasında yaxşı dostluq münasibətləri kimidir. Sədr Si və Prezident Əliyev ötən il Pekində görüşərkən bir-birinə "çoxdankı dost” deyə müraciət ediblər”.

Məqalədə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallının "Biz inanırıq ki, Çin güclü dövlətdir və onun ən qısa zamanda epidemiyaya qalib gələcəyinə şübhə yoxdur” fikirləri də əksini tapıb. Səfir qeyd edib ki, Xubey vilayətində, Uxan şəhərində yaşayanlar üçün indi çətin vaxtdır. Biz Çin dövlətinin və vilayət hökumətinin səylərini dəyərləndiririk.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM