Alternative content

12:20 04 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
00:25 04.07.2020 Çörək bol olarsa…
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş keçirilib
ANA SƏHİFƏ / Elm və texnika
22:44 12.02.2020

Fevralın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) əməkdaşların Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev çıxış edərək son vaxtlarda akademiyada bir sıra dövlət nümayəndələri ilə görüşlər təşkil olunduğunu, müxtəlif qurumlarla birgə layihələr həyata keçirməyi nəzərdə tutan əməkdaşlıq əlaqələrinin yaradıldığını bildirib.

Ramiz Mehdiyev belə görüşlərin təşkilində başlıca məqsədin akademiyanın mövcud potensialını, alimlərimizin əldə etdikləri mühüm nəticələri əməli baxımdan ölkədə quruculuq prosesinə, iqtisadiyyata inteqrasiya etdirməkdən, ölkəmizin hərtərəfli inkişafında elmi qurumların layiqli iştirakını təmin etməkdən ibarət olduğunu diqqətə çatdırıb.

Akademik bu formatda ünsiyyətin mövcud problemləri bilmək, onların həlli yolunu eşitmək və qurumlar arasındakı birbaşa ünsiyyətə əngəl törədən süni maneələrin aradan qaldırılması baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

AMEA-nın prezidenti akademiya ilə hökumət qurumları arasındakı münasibətlərdən danışaraq deyib: "Uzun illərdir ki, akademiya ilə hökumət qurumları arasındakı münasibətlərdə durğunluq və boşluq hökm sürüb, ölkənin inkişafı üçün zəruri olan əməkdaşlıq olmamışdır. Bunun nəticəsində böyük potensiala malik Elmlər Akademiyası yeni dövrün quruculuq proseslərindən kənarda qalıb, cəmiyyətin inkişafına öz töhfəsini verə bilməmişdir. Halbuki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin hərtərəfli inkişafı üçün apardığı islahat və yenilənmə xəttinə aktiv şəkildə qoşulmaq, ona dəstək vermək hər bir vətəndaşın, xüsusilə də alimlərimizin mənəvi borcudur. Ümid edirəm ki, hər iki tərəf – həm alimlərimiz, həm də dövlət strukturlarının nümayəndələri formalaşmaqda olan əməkdaşlıq platformasından səmərəli istifadə edərək, mövcud imkanları dövlətin ümumi mənafeyi naminə səfərbər etməyə nail olacaqlar”.

Akademiyanın imkanlarının geniş olduğunu diqqətə çatdıran AMEA rəhbəri ölkənin sosial-iqtisadi inkişafına və digər sahələrə elmin təsirinin çox zəif olduğunu vurğulayıb: "Halbuki dövlət strukturlarının elm ictimaiyyətinə tərəf yönəlməsi, onunla sıx əməkdaşlıq etməsi böyük perspektivlər vəd edir. Akademiyanın müxtəlif strukturları ölkəmizin sənaye və iqtisadi qüdrətinin artırılmasına lazımi töhfələr vermək iqtidarındadır. Son illər ərzində akademiyanın institutlarında olduqca aktual və faydalı elmi araşdırmalar aparılıb. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, onların tətbiq olunması üçün dövlət orqanları tərəfindən sifarişlər olmamışdır. Akademiyanın strukturları da bu məsələyə passiv yanaşmışlar”.

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovla keçirilən görüşün qeyd olunan çətinliklərin aradan qaldırılması, yeni əməkdaşlıq körpülərinin salınması baxımından faydalı olacağını, elmi potensialın iqtisadi proseslərə səmərəli şəkildə cəlb edilməsinin yollarını müəyyənləşdirməyə kömək edəcəyinə əminliyini söyləyib.

Sonra nazir Mikayıl Cabbarov çıxış edərək tədbirin AMEA-nın müxtəlif elmi müəssisələri ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında müzakirələrin aparılması, prioritet istiqamətlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini bildirib. Son illər ölkə iqtisadiyyatının əksər sahələrində dinamik inkişafın müşahidə olunduğunu deyən nazir diqqətə çatdırıb ki, İqtisadiyyat Nazirliyinin qarşısında duran əsas vəzifə ölkənin dayanıqlı inkişafına nail olmaqdır.

Mikayıl Cabbarov hazırda respublikamızda qeyri-neft sektorunun inkişafının iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O, milli iqtisadiyyatın tərəqqisinə yönələn tədbirlərin qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir etdiyini, bu tədbirlər sırasında son illər investisiya siyasətinin düzgün qurulmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkədə aparılan iqtisadi islahatların prioritet istiqamətlərindən bəhs edən nazir bildirib ki, əsas məqsəd iqtisadi artımın dünya üzrə orta iqtisadi artımdan geri qalmamasını təmin etmək, iqtisadi artım tempinin dünya üzrə artımı üstələməsinə nail olmaqdır. Mikayıl Cabbarov qeyri-neft əmtəə və xidmət ixracının əhəmiyyətli dərəcədə artırılması, dövlət investisiyalarının iqtisadi səmərəsinin çoxaldılması, eləcə də kiçik və orta sahibkarlığın iqtisadi artımın başlıca qüvvəsinə çevrilməsi, şəffaflığın yüksəldilməsi və "kölgə iqtisadiyyatı”nın minimuma endirilməsi istiqamətlərində görülən işlərdən danışıb. Əlavə edib ki, aparılan islahatlar nəticəsində qeyri-neft sektorunda fəaliyyət göstərən şəxslərin sayının ötən il ərzində 18 faizdən çox artması vacib göstəricilərdən biridir.

Nazir ölkədə aparılan vergi siyasətindən də söz açaraq, bu siyasəti iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin mühüm amili kimi qiymətləndirib. Vurğulayıb ki, vergi siyasətinin əsas məqsədlərindən biri məhz iqtisadi imkanların genişləndirilməsindən ibarət olmalı, iqtisadiyyatın tərəqqisinə yönəlməlidir.

Sonra Mikayıl Cabbarov İqtisadiyyat Nazirliyinin 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına dair statistik göstəricilərini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra nazir akademiya əməkdaşlarının suallarını cavablandırıb.

Tədbirdə ölkə iqtisadiyyatının inkişaf etdirilməsində AMEA-nın potensialından istifadə, İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin qurulması, qeyri-neft sektoru üzrə elmə ayrılan investisiyalar və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonda akademik Ramiz Mehdiyev görüşdə iştirak etdiyinə görə Mikayıl Cabbarova AMEA-nın kollektivi adından dərin minnətdarlığını bildirib, aparılan müzakirələr nəticəsində əməli tədbirlərin həyata keçiriləcəyinə və müsbət nəticələrin əldə ediləcəyinə əmin olduğunu vurğulayıb.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM