Alternative content

12:39 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
12:06 07.04.2020 Birjalarda neftin qiyməti
12:05 07.04.2020 BİLDİRİŞ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan xalqı öz gələcəyini seçib
Azərbaycan xalqı öz gələcəyini seçib
ANA SƏHİFƏ / SİYASƏT
22:38 12.02.2020

Xalqın öz iradəsini azad ifadə etməsi hər bir seçki üçün çox vacibdir, çünki cəmiyyəti bir araya gətirir, iqtidara etimadı təmin edir. Bu, tamamilə Azərbaycan parlamentinə yenicə keçirilmiş seçkilərə də aiddir. Seçkilər günü Bakıda olmuş Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri, siyasi psixoloq Nataliya Krasovskaya bu əlamətdar hadisə ilə bağlı öz təəssüratlarını bölüşüb:

- Nataliya Rudolfovna, sizcə, Milli Məclisə növbədənkənar seçkilər keçirilməsini fərqləndirən hər hansı xüsusiyyət varmı?

- Mən istər partiyalar tərəfindən irəli sürülmüş, istərsə də şəxsi təşəbbüs göstərmiş namizədlərin sayının görünməmiş sayda çox olmasını bu seçkilərin ən parlaq xüsusiyyəti sayıram. Milli Məclisdə 125 yerə 1300-dən çox namizədin olması faktı ölkənin siyasi həyatında rəqabətin yüksək olduğunu göstərir. Prezident İlham Əliyevin öz çıxışında dediyi kimi, əgər siyasətçilər seçkilərin əhəmiyyətinə və öz şanslarına inanmasaydılar, onlar öz namizədliklərini irəli sürməz və seçkiqabağı mübarizəyə bu qədər qüvvə sərf etməzdilər.

- Siz ölkədə seçkiqabağı əhval-ruhiyyəni hiss edə bildinizmi?

- Mən əsas etibarilə vətəndaşların seçkilərin nəticəsinə səmimi maraq göstərdiyini, onların ədalətli və obyektiv olacağına ümid bəslədiklərini hiss etdim. Düşünürəm ki, Mərkəzi Seçki Komissiyasının və xüsusilə də insanları vətəndaşlıq mövqeyi nümayiş etdirməyə çağırmış Azərbaycan Prezidenti İlham Əliyevin bu işdə böyük xidməti var. Azərbaycanlılar seçki məntəqələrinə getməyə hazırlaşırdılar, çünki bilirdilər ki, ölkədə müşahidə olunan müsbət meyillərin daha da inkişaf etdirilməsi onların seçimindən asılıdır, parlamentin yeni tərkibi isə Azərbaycan Prezidentinin apardığı islahatlara tam şəkildə cavab verir. Məncə, iqtidar vətəndaşların öz iradələrini sərbəst ifadə etmələri üçün mümkün olan hər şeyi edib, seçkilərdə maksimum açıqlıq təmin olunub.

- Seçkilər keçiriləndə siz bütün günü paytaxtdakı seçki məntəqələrini gəzmisiniz. Həmin gün şəxsən sizdə hansı təəssüratları oyatdı?

- Seçki prosesinin gedişini müşahidə etmək bir siyasi psixoloq kimi, mənim üçün çox əhəmiyyətli idi. Mən Bakıdakı bir neçə məntəqədə oldum, seçicilər və komissiya üzvləri ilə söhbət etdim. Seçki məntəqələri hələ açılmamışdan seçicilər qapıda dayanmışdılar, bəzən isə məntəqə əməkdaşlarından tez gəlmişdilər. Mən qeyd etdim ki, seçki prosesi əla təşkil edilib: səsvermə kabinələri və qutular reqlamentə uyğun qurulub, məntəqələrdə müşahidəçilər var, ilk dəfə səs verən cavanlara Azərbaycan Konstitusiyası hədiyyə edilir. Məntəqələrdə söhbət etdiyim insanlar çox mehriban idi. Onlar deyirdilər ki, öz namizədlərini yaxşı tanıyırlar, ölkədə sabitliyə və inkişafa səs verməyə gəliblər.

- Seçkilərdə şikayətlər eşitdinizmi?

- Hamı havanın pis olmasından şikayət edirdi. Seçkilər soyuq və yağışlı bir günə təsadüf etmişdi. Külək elə güclü idi ki, insanları yıxırdı. Amma bu seçicilərin məntəqələrə gəlməsinə az təsir göstərmişdi. Onların 47,81 faizinin səs verməsi çox yaxşı nəticədir. Yeri gəlmişkən, mən məntəqələrdəki xarici müşahidəçilərlə söhbət etdim. Onların hamısı deyirdi ki, hər şey çox yaxşı təşkil edilib, seçki prosesi iş qaydasında, pozuntusuz gedir.

- Sizcə, bu seçkilərin nəticələri Azərbaycanın ictimai-siyasi həyatına təsir göstərəcəkmi?

- Seçkilərin ən əsas nəticəsi budur ki, parlamentin tərkibi yenilənib və o, respublikanı irimiqyaslı islahatlar yolu ilə irəli aparacaq. Bu da əhəmiyyətlidir ki, Azərbaycan xalqı öz iradəsini ifadə etməklə iqtidara etimad göstərdi. RF Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun, - bizim mərkəz onun himayəsi ilə fəaliyyət göstərir, - rəhbəri Dmitri Savelyev seçkilər günü Rusiyadan olan müşahidəçilər qrupunun tərkibində bir neçə şəhərdə seçki məntəqələrində olub. Onun mənə dediyinə görə, azərbaycanlı seçicilərin çox yüksək fəallıq nümayiş etdirməsinin səbəbi budur ki, ölkə rəhbərliyi xalqın gözləntilərini bilir və başa düşür, xalq isə bunu dəyərləndirir və hakimiyyətin ona göstərdiyi diqqət və qayğını dəstəkləyir. Azərbaycanda baş verən müsbət dəyişikliklər - iqtisadi infrastrukturun yaradılması, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, insanlar üçün rahat sosial mühit formalaşdırılması göz qabağındadır. Bütün bunlar iqtidarla vətəndaşların birləşməsinin nəticəsidir. Düşünürəm ki, belə mütəşəkkillik sayəsində Azərbaycan ən yaxın vaxtlarda həyatının bütün sahələrində daha sanballı uğurlar qazanacaq.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM