05:26 13 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:49 13.06.2021

Erməni xəyanəti


00:47 13.06.2021

Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə “Dövlət Proqramının təsdiq edilməsi haqqında” 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli,  “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2012-ci il 13 noyabr tarixli 2542 nömrəli, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 150 nömrəli, “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014 - 2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 13 iyun tarixli 550 nömrəli, “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015 - 2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli,  “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli, “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 10 may tarixli 64 nömrəli, “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018 - 2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 9 avqust tarixli 393 nömrəli və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə


00:46 13.06.2021

“Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli  303-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 8 iyul tarixli 148 nömrəli, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan  Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 296 nömrəli, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 17 iyun tarixli 353 nömrəli, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 367 nömrəli, “Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının təsdiq edilməsi barədə” 2000-ci il 13 noyabr tarixli 419 nömrəli, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 19 iyul tarixli 540 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2002-ci il 6 may tarixli 697 nömrəli fərmanlarında  dəyişiklik edilməsi haqqında


00:44 13.06.2021

“Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il  23 sentyabr tarixli 887 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də və 2002-ci il 31 may tarixli 336-IIQ nömrəli  Qanunu ilə təsdiq edilmiş “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 304-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə


00:43 13.06.2021

“Azərbaycan Respublikasının Meşə Məcəlləsində, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 301-VIQD nömrəli Qanununun tətbiqi və  Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 8 fevral tarixli 278 nömrəli, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 6 mart tarixli 297 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli  fərmanlarında dəyişiklik edilməsi haqqında


00:41 13.06.2021

“Hərbi qulluqçuların statusu haqqında”, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 aprel tarixli 302-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməsi qaydası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 1992-ci il 31 iyul tarixli 94 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il  25 iyul tarixli 622 nömrəli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 2000-ci il 15 iyul tarixli 371 nömrəli, “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” 2000-ci il 10 avqust tarixli 383 nömrəli, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2010-cu il 4 iyun tarixli 276 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin təsdiq edilməsi haqqında” 2013-cü il 11 iyun tarixli 908 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


00:40 13.06.2021

Çingiz Oveys oğlu Qacar


00:34 13.06.2021

ÜMİDLƏR BAKIYA QALDI


00:31 13.06.2021

QALİB MÜƏYYƏNLƏŞMƏDİ


00:26 13.06.2021

Civəli balıqlar


00:26 13.06.2021

Padşahların ağız dadı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Formula 1 təqvimində Bakının özünəməxsus yeri var
ANA SƏHİFƏ / İDMAN
22:29 12.02.2020

Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı "Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə fevralın 12-də "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, BŞH-nin ənənəvi qaydada hər il təşkil etdiyi beynəlxalq konfransın builki mövzusu Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə "İdman və şəhər” mövzusuna həsr olunub.

Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Gənclər və İdman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və digərləri iştirak ediblər.

Əvvəlcə Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı videoçarx nümayiş etdirilib.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai konfransda çıxış edərək ötən dörd ildə ölkəmizdə Formula 1 yarışlarının yüksək səviyyədə təşkil olunduğunu bildirib və mötəbər yarışın Azərbaycana iqtisadi faydaları barədə məlumat verib.

Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Bakının irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini, Azərbaycan Qran-Prisinin Formula 1 təqvimində xüsusi yerə malik olduğunu deyib. O, Bakıdakı sonuncu yürüşə baxmaq üçün Azərbaycana 75 ölkədən azarkeşlərin gəldiyini vurğulayıb. İndiyədək Bakıda keçirilmiş Formula 1 yarışlarının ümumilikdə 506,3 milyon dollar gəlir gətirdiyini diqqətə çatdıran A.Rəhimov "Yaşıl strategiya”nı prioritet seçdiklərini və Qran-Pri zamanı ölkəmizdə 10 min yeni iş yerinin açıldığını qeyd edib.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov irimiqyaslı idman yarışlarının ölkəmizə töhfələrindən danışıb. Nazir bildirib ki, bu tədbirlərin təşkili kadr, infrastruktur və turizm potensialının inkişafına xidmət edir. Birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının təşkilinə müvafiq olaraq 600 və 46 əcnəbi mütəxəssis cəlb edilmişdisə, ötən il keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında yalnız yerli mütəxəssislərin əməyindən istifadə olunub. Son on ildə Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.

A.Rəhimov Asiya Oyunlarının, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını diqqətə çatdırıb. Nazir, eyni zamanda, könüllülərin əməyini vurğulayaraq deyib: "Birinci Avropa Oyunlarına 17 min könüllü cəlb olunmuşdu. Məhz bundan sonra ölkəmizdə könüllülük hərəkatının inkişafında yeni mərhələ başlayıb”.

Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir cari ildə ölkəmizdə "Avro-2020”nin dörd oyununun, cüdo üzrə "Böyük dəbilqə” turnirinin, gimnastika üzrə 8 mötəbər yarışın və digər turnirlərin keçiriləcəyini vurğulayıb.

Azərbaycan Qran-Prisinin təşkilatçı ölkəyə mühüm faydalarının olduğunu deyən Formula 1 şirkətlər qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri deyib: "Hər dəfə Bakıya səfər edəndə çox sevinirəm. Ən əsası bu il təşkil olunacaq Azərbaycan Qran-Prisini böyük həyəcanla gözləyirəm. Yeni Formula 1 mövsümünün başlamasına bir ay qalıb. Digər illərlə müqayisədə ötən il Formula 1 yarışlarına maraq çox böyük oldu. Cari mövsümün də maraqlı olacağını düşünürəm. Çünki Luis Hamiltonun Mixail Şumaxerin rekordunu qıra bilməsi üçün böyük şansı var”.

Ç.Keri bildirib: "Bakının Formula 1 təqvimində özünəməxsus yeri var. Formula 1 həmişə inkişafda olan idman növüdür. Fəaliyyətsizlik, rəqabətin olmaması yeni uğurlara imkan aça bilməz. Bu inkişaf Formula 1-in Azərbaycan mərhələsində də hiss olunur. Bakı Şəhər Halqasında təşkil olunan yürüşün əhali və azarkeşlər tərəfindən böyük coşqu ilə qarşılandığını görürük və bu, bizi çox sevindirir. BŞH kimi tərəfdaşımızın olduğu üçün çox xoşbəxtik. Əməliyyat Şirkəti həmişə yüksək təşkilatçılıq bacarığı ilə fərqlənir”.

Cari ildə Bakının beşinci dəfə Formula 1 yarışlarına ev sahibliyi edəcəyini deyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yarışın paytaxt sakinləri tərəfindən maraqlı qarşılandığını bildirib. E.Əzizov deyib: "Son illərdə Azərbaycan ciddi inkişaf yolu keçib. Belə mötəbər tədbirin təşkili sabitlik və inkişaf sayəsində mümkün olub. Bu cür mühüm tədbirlər həm Bakının təbliğində, həm də vətəndaşlarımızın dünyaya sürətlə inteqrasiyasına təsir göstərir. Belə tədbirləri davam etdirmək niyyətindəyik. Qran-Prinin bu il də yüksək səviyyədə keçiriləcəyinə əminəm”.

Ötən ilin mayında UEFA Avropa Liqasının Bakıda keçirilmiş final oyunu ilə əlaqədar üç gün ərzində 38 min azarkeşin ölkəmizə gəldiyini deyən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov artıq iki ildir "Avro-2020”nin hazırlıqlarına başladıqlarını deyib. Azərbaycanın mötəbər yarışı təşkil etməyə hazır olduğunu vurğulayan E.Məmmədov artıq 111 min biletin xarici vətəndaşlar tərəfindən alındığını diqqətə çatdırıb. O, azarkeşləri biletləri onlayn qaydada əldə etməyə çağıraraq deyib: "Avro-2020”nin dörd oyununa ev sahibliyi edəcək Bakı Olimpiya Stadionunda Türkiyə, İsveçrə və Uels yığmaları mübarizə aparacaqlar. İtaliya millisi isə oyunlarını doğma meydanda keçirəcək. Ölkəmizdə çıxış edəcək komandaların nümayəndələri ilə əldə olunmuş razılığı görə, hər üç yığma oyunlardan əvvəl Bakıda təlim-məşq toplanışında iştirak edəcəklər. Avropa çempionatı ilə əlaqədar Bakıya 200 min əcnəbinin gələcəyi gözlənilir. Çox istərdik ki, Bakı gələcəkdə UEFA Çempionlar Liqasının finalına da ev sahibliyi etsin. Avropa miqyasında üç ən böyük futbol tədbirindən ikisinə artıq ev sahibliyi etmişik. Bizim Bakı Olimpiya Stadionu kimi böyük arenamız var. Belə stadionda UEFA Çempionlar Liqasının finalının da təşkil ediləcəyinə inanıram”.

Sonra ölkəmizdə təşkil olunan mötəbər futbol turnirləri ilə bağlı videoçarx nümayiş etdirilib.

Konfransın ikinci hissəsində "PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev, Formula 1 Fransa Qran-Prisinin baş icraçı direktoru Erik Bulye, "F1 Sky” televiziya kanalının rəhbəri Skot Yanq, "Galway 2020” tədbirinin əməliyyatlar və maliyyə üzrə direktoru Alan Qreydi və "Quantum Consultancy” şirkətinin baş icraçı direktoru Mark Matir "Şəhərin davamlı inkişafı – idman və turizm davamlı gələcəyi necə reallışdırır?” mövzusu ətrafında məruzələrlə çıxış ediblər.

Konfransa sual-cavab sessiyası ilə yekun vurulub.

Tədbirin keçirilməsində məqsəd yerli biznes qurumlarını bir araya gətirərək ölkədə təşkil olunan irimiqyaslı idman yarışlarından maksimum faydalanmaq imkanlarını müzakirə etmək və bu istiqamətdə mütərəqqi beynəlxalq təcrübəni bölüşməkdir.

Cari ildə Formula 1 Azərbaycan Qran-Prisi iyunun 5-7-də Bakı şəhər halqasında keçiriləcək.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM