12 Fevral 2020 22:09
802
Mədəniyyət
A- A+

UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub

UNESKO-nun Hökumətlərarası Komitəsinin 13-cü sessiyası davam edir.

AZƏRTAC xəbər verir ki, sessiyanın ikinci günündə mədəni özünüifadə formalarının müxtəlifliyinin qorunması və təşviqi haqqında UNESKO-nun 2005-ci il Konvensiyasına uyğun olaraq, yaradılan Beynəlxalq Mədəni Müxtəliflik Fondu, maliyyələşdirmə üçün 10-cu çağırışdan tövsiyə edilən layihələr, ikinci kənar qiymətləndirmənin nəticəsi olan layihə və tövsiyələrin icrasının monitorinqi və 2020-2021-ci illər üçün ilkin büdcə layihəsi müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti müzakirələrdə iştirak edib və fikirlərini bildirib.
Sessiya çərçivəsində Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva İsveçin UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri ilə görüşüb.

Görüşdə İsveç Beynəlxalq İnkişaf Əməkdaşlığı Agentliyinin (AİDS) maliyyə dəstəyi ilə UNESKO katibliyinin həyata keçirdiyi xüsusi SİDA proqramı çərçivəsində işbirliyi məsələləri müzakirə edilib.

UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimovun da iştirak etdiyi görüşdə Beynəlxalq Mədəni Müxtəliflik Fondu çərçivəsində ölkəmiz tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, Beynəlxalq Mədəni Müxtəliflik Fondu inkişaf etməkdə olan ölkələrdə dinamik mədəni sektorun inkişafına təkan verərək, mədəni özünüifadə müxtəlifliyinin qorunması siyasətinə xidmət edən layihələri maliyyələşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video