12 Fevral 2020 16:43
926
Mədəniyyət
A- A+

Rusiyada Azərbaycanın turizm imkanlarının təbliği genişləndirilir


Azərbaycan Turizm Bürosu Rusiyanın məşhur səyahət platforması olan "Aviasales” ilə strateji tərəfdaşlığa start verib.

AZƏRTAC Dövlət Turizm Agentliyinə istinadla xəbər verir ki, burada məqsəd birgə marketinq layihələri və dəstək xidməti vasitəsilə istifadəçilərlə əlaqələrin qurulması sayəsində ölkəyə turist axınını intensivləşdirməkdir.

"Aviasales” ilə əməkdaşlıq çərçivəsində birinci layihə platformada test formasında keçirilən müsabiqə olacaq. Bu müsabiqənin iştirakçıları fevralın 12-dən martın 9-dək https://azerbaijan.aviasales.ru/ veb-saytına daxil olaraq Azərbaycan üzrə fərdi marşrut yarada biləcək və Azərbaycana uçuş bileti qazanmaq imkanı əldə edəcəklər.

Qalib martın 16-da marşrutu sosial şəbəkələrdə paylaşan iştirakçılar arasında təsadüfi yolla seçiləcək. Müsabiqədə yalnız 18 yaşına çatmış Rusiya Federasiyasının vətəndaşları iştirak edə bilərlər.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Rusiya bazarı Azərbaycan üçün ən prioritet bazarlardan biridir: "Biz şadıq ki, dünyanın aparıcı turizm platformalarından biri bizim strateji tərəfdaşımızdır. Biz "Aviasales” ilə birlikdə turistləri Azərbaycanın nə təklif etməsi barədə maarifləndirmək və ölkəyə bir daha baxmağa dəvət etmək istəyirik”.

"Aviasales” tərəfindən keçirilən araşdırmalara əsasən, Azərbaycana Sankt-Peterburq şəhərindən səyahət edən turistlərin sayında 60, Moskva şəhərindən isə 20 faiz artım müşahidə olunub.

Eyni zamanda, Kalininqrad, İrkutsk, Samara və Novosibirsk kimi şəhərlərdən gələn qonaqların sayında 70-75 faiz artım qeydə alınıb.

Şirkətin yeni destinasiyaların inkişafı üzrə direktoru Yaroslav Stepanyuk qeyd edib ki, Azərbaycan rusiyalı turistlərin ən sevimli istirahət məkanlarından biridir: "Biz bu bazarla yaxından tanışıq. Keçən ilin payızında komandamız "Aviasales” platformasının Azərbaycan versiyasını istifadəyə verib. Bununla da biz azərbaycanlı səyahətçilərə xidmət göstərməklə yanaşı, xarici bazarlarda Azərbaycanın turizm potensialını tanıdırıq”.

Məlumat üçün qeyd edək ki, ötən il Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 932 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 6.1 faiz artım deməkdir.

Bu ilin yanvar ayında isə Azərbaycana 67 min 884 Rusiya vətəndaşı gəlib. Bu isə 2019-cu ilin yanvar ayı ilə müqayisədə 20.5 faiz artım hesab olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video