12 Fevral 2020 14:40
945
İDMAN
A- A+

Azad Rəhimov: Ölkəyə gələn turistlər arasında Formula 1 yarışlarının azarkeşləri xüsusi yer tuturlar

 

Hər il ölkəmizə gələn 3 milyondan çox turist arasında Formula 1 yarışlarının azarkeşləri xüsusi yer tuturlar.
 

AZƏRTAC xəbər verir ki, bu sözləri Gənclər və İdman naziri Azad Rəhimov fevralın 12-də Bakıda təşkil olunan "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” mövzusunda beynəlxalq konfransdakı çıxışında deyib.

Nazir bildirib ki, birinci Avropa və IV İslam Həmrəyliyi oyunlarının təşkilinə müvafiq olaraq 600 və 46 əcnəbi mütəxəssis cəlb edilmişdisə, ötən il keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında yalnız yerli mütəxəssislərin əməyindən istifadə olunub. Son on ildə Azərbaycanda idmanın əksər növləri üzrə mötəbər yarışlar keçirilib. Təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən 60 beynəlxalq yarış təşkil edilib. Bu il də beynəlxalq yarışların keçirilməsi nəzərdə tutulub.

A.Rəhimov Asiya Oyunlarının, II Avropa Oyunlarının Əməliyyat Komitəsində azərbaycanlı mütəxəssislərin də çalışdıqlarını diqqətə çatdırıb. Nazir, eyni zamanda, könüllülərin əməyini vurğulayaraq deyib: "Birinci Avropa Oyunlarına 17 min könüllü cəlb olunmuşdu. Məhz bundan sonra ölkəmizdə könüllülük hərəkatının inkişafında yeni mərhələ başlayıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video