Alternative content

12:02 07 Aprel 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Məktəblilər plastik qablaşdırma tullantılarının mənfi təsirləri mövzusunda ingilis dilində tədqiqat işi aparıblar
Məktəblilər plastik qablaşdırma tullantılarının mənfi təsirləri mövzusunda ingilis dilində tədqiqat işi aparıblar
ANA SƏHİFƏ / Təhsil
13:54 12.02.2020
 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 189-190 nömrəli tam orta məktəbdə paytaxt məktəbliləri arasında "Plastik torbalar və bağlamalar qadağan olunmalıdır” mövzusunda yarış keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, IX-X sinif şagirdləri arasında təşkil olunan yarışda iki komandadan ibarət məktəblilər mübarizəyə qatılıblar. Şagirdlər plastik tullantılar və onların ətraf mühitə təsiri mövzusunda ingilis dilində tədqiqat işi aparıblar.
Yarışma zamanı şagirdlər həm ingilis dili, həm də debat bacarıqlarını nümayiş etdiriblər.

Tədbirdə çıxış edənlər plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyətindən bəhs ediblər. Müasir ekoloji problemlərin yaratdığı fəsadlar, respublikamızda bu sahədə görülən işlər və hər bir vətəndaşın ətraf mühitin qorunmasındakı rolu barədə məlumat verilib. Bildirilib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından onların səmərəli idarə olunması ilə bağlı ölkəmizdə məqsədyönlü işlər görülür.

Sonda iştirakçılara sertifikat və kubok təqdim olunub.

Yarışda BŞTİ-nin müdir müavini Raman Məmmədov, Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Tural Əhmədov, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, İdarənin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Britaniya Şurasının nümayəndələri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM