12 Fevral 2020 13:51
527
İQTİSADİYYAT
A- A+

Bakıda “Visa Cashless Forum” işə başlayıb

 

Fevralın 12-də Bakıda "Visa” beynəlxalq kart təşkilatının, "Azərbaycan Beynəlxalq Bankı”nın, "Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə "Visa Cashless Forum” keçirilir.
 

AZƏRTAC xəbər verir ki, ölkədə və Qafqazda ilk dəfə keçirilən forumun mövzusu "Gələcəyə hərəkət”dir. Tədbirdə müasir ödənişlər sistemini yaradan amillər, onların sahibkarlığa və istehlakçılara təsiri, o cümlədən innovasiyalı ödəniş variantları, rəqəmli çevrilmə, smart ölkə, hissiyatlı bankçılıqla müasir müştərilər, bank sektorunun gələcəyi: ənənəvi və yeni banklar, rəqəmli bankçılığın müxtəlif inkişaf yolları, nağdsız ödənişləri təşviq edən tənzimləmə mövzuları müzakirə olunur.

"Visa” şirkətinin Qafqaz üzrə regional meneceri Kristina Doroş bildirib ki, Qafqazda ilk "Visa Cashless Forumu”nu Azərbaycanda keçirməyə çox şadıq. Bu forum tərəfdaşlarımızla birgə fəaliyyət göstərəcəyimiz, bilik və təcrübə mübadiləsi aparacağımız, yeni texnologiyaları və istehlak meyllərini müzakirə edəcəyimiz, sahənin və ölkə iqtisadiyyatının xeyri naminə nağdsız ödənişlərin və innovasiyaların daha da inkişafı üçün birgə fəaliyyətimizin mühüm istiqamətlərini təyin edəcəyimiz birləşdirici platform olacaq.

Qeyd edək ki, "Visa”nın MDB və Cənub-Şərqi Avropa regionunda başlıca tədbiri olan "Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, ticarət, xidmətlər kimi sahələrin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və ödənişlər sahəsindəki innovasiyaların daha geniş tətbiqilə bağlı məsələlərin müzakirə olunduğu platformadır. İlk dəfə 2017-ci ildə Ukraynada keçirilən forum sonrakı dövrdə Qazaxıstanda, Serbiyada və Belarusda təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video